Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq

Bu ölkədə Kremlin maraqlarına xidmət edən Robert Köçəryan kimi siyasi fiqurlar olub, bundan sonra da olacaq.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Kremlin və daxildəki Qarabağ klanının dəstəyi ilə yenidən hakimiyyətə gəlməsi haqda səslənən fikirləri şərh edərkən deyib. O qeyd edib ki, Köçəryan Rusiya üçün vacib siyasi fiqur olsa da, əvəzolunmaz deyil:

“Köçəryan son zamanlar Qarabağ münaqişəsi ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyini tez-tez tənqid edir. Xüsusilə də Paşinyan administrasiyasının populist və yersiz aqressiv siyasət aparmasını birmənalı olaraq pisləyir. Diqqət yetisəniz, Köçəryan son zamanlar həm erməni, həm də Rusiya mediasında vaxtaşırı gündəmə gəlir. Sanki məqsədyönlü şəkildə bu şəxsi hansısa qüvvə yenidən vacib bir siyasi fiqur halına gətirmək istəyir.
Məsələ ondadır ki, rəsmi Moskvaya Ermənistan hakmiyyətinə hər zaman təsir edə bilmək üçün alternativ şəxs lazımdır. Köçəryan bu şəxslərdən biri və birincisidir.

Bu gün Köçəryanı həm Kreml, həm də Qarabağ klanı ciddi mənada dəstəkləyir. Hazırda Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə yerləşdirilən erməni hərbçilərin bir çoxu Köçəryanı dəstəkləyir. Bu o deməkdir ki, Kremlin əmri gəldiyi təqdirdə Paşinyan hərbi çevrilişlə hakimiyyətdən devrilə bilər”.

Q.Hüseynlinin sözlərinə görə, Nikol Paşinyan hər zaman Kremldən ehtiyat edir:

“Məsələ ondadır ki, Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin, ideologiyası nə olursa olsun, birmənalı olaraq, rəsmi Moskvadan asılı vəziyyətdə qalır. Bunun bir neçə səbəbi var. Heç kəsə sirr deyil ki, Paşinyan Qərbə meyilli şəxsdir. Yəni bu gün Kremlin təzyiqi olmasa, o, asanlıqla Qərbə inteqrasiya kursu seçərdi. Lakin MDB məkanında Gürcüstan və Ukraynanın Rusiyaya üz çevirib, radikal formada Qərbə yaxınlaşması bu ölkələrdə separatizm hərəkatına səbəb oldu. Bu mənada nəinki Paşinyan, ondan sonrakı bir çox erməni lider də Rusiyanın təlimatlarını dinləməli olacaq.

Köçəryanın Ermənistanda nüfuzunun artması rəsmi Moskvanın Paşinyana gözdağından başqa bir şey deyil”.

Müstəqil.Az

mersin escort