Kapitan qızı:Şiddətli küləyin səsinə qulaq asaraq, Allahım sən dənizçilərimizə kömək ol, deyə pıçıldayardım

Müstəqil.AZ və DSD İB-nin birgə hazırladığı “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı uzun müddət XDND Cənub idarəsində kapitan vəzifəsində çalışmış Rafiq İsmayılxanovun qızı Nərgiz Baba-zadədir

Nərgiz xanəm, sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Mümkünsə oxucularımıza özünü  haqda məlumat verərdiz

– Mən, Baba-zadə (İsmayılxanova) Nərgiz Rafiq qızı 1977-ci ildə Bakı şəhərində, dənizçi ailəsində həyata göz açmışam.

Atam, İsmayılxanov Rafiq Xeyrulla oğlu(1930-2014), anam-İsmayılxanova Tatyana Nikolayevna (1950-2009) idi.

Orta təhsilini fərglənmə ilə bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz-neft mədən fakultəsinə” daxil olmuşam. Neft Sənayəsində 20 ildən artıq əmək fəaliyyətim var. Hal-hazırda, 13 ildir ki, “Kompleks qazma işləri” trestinin, Kapital qoyuluşları şöbəsində mühəndis vəzifəsində çalışıram.

Dənizçi ailəsində böyümüsüz, bu baxımdan dəniz və dənizçi həyatı sizə yad deyil, dənizçi həyatını necə xarakterizə edərdiz?

-Dənizci peşəsi ağır və çətin əmək tələb edən bir sənətdir. Ailədən, doğmalardan uzaqda olursan. Dənizi sevmək mütləqdir ki, orada işləməyi bacarasan. Dənizdən qorxmaq lazım deyil, o insanlar kimidir, gah mülayım-sakit, gahda qəddar olur.

-Siz özünüz neft sektorunda çalışsanız da, valideyinlərinizin dənizçi olması sizdə dənizə maraq oyatmaya bilməzdi. Uşaqlıq yaddaşınızda dəniz necə qalıb?

-Dəniz insanı özünə maqnit kimi çəkir. Xatirimdədir ki, uşaqlıq dövründə Xəzər sahilində (bulvarda) gəzintini çox xoşlayardım. Dənizə, gəmilərə baxdıqca zövq alardım və dənizçilərə vəzifəsindən asılı olmayaraq, istər kapitan, istərsə də motros hörmətlə, sevği ilə yanaşardım. Böyük qardaşım da öz həyatını dənizlə bağladı. O, gəmidə elektromexanik peşəsinə çalışır.

Atanız İsmayılxanov Rafiq haqq dünyasına qovuşub, elə ananız Tatyana xanım da sizləri tərk edib. Onlarla bağlı xatirələrinizdə dəniz necə yaddaşada qalıb?

-Valideynlərim dənizçi peşəsinə o qədər bağlı idilər ki, əmək fəaliyyətlərini dənizsiz təsəvvür etmirdilər. 40 il nigahda yaşayaraq həm evdə, həm də işdə birgə idilər. Onlar mənim üçün nümunəvi ailə və peşəkar işçi kimi bir örnək olublar. Bəzən bərk küləkli hava şəraitində böyük dalğalar olub, rabitə kəsilib, gəmilər gecələr zülmət qaranlığa qərq olaraq sayada qalıb. Yəginki, bizi təsvişə salmamaq üçün bu vahiməli hallardan bizə söhbət açmırdılar.

Rəhmətlik Rafiq kapitanı yaxşı tanıyırdım. Təcrübəli kapitan idi. Gənc dənizçilərin bilik yoxlanışında da olurdu. Obyektiv adam idi. Bəs ailədə hansı xarakteri ilə nümunə göstərilə bilərdi?

-Ağır əmək fəaliyyətinə baxmayaraq atam çox mülayim insan, gözəl ailə başçısı və sədaqətli dost idi. Hər zaman iş yoldaşları ilə öz təcrübəsilə bölüşər və çətin anlarda onlara yardımçı olardı. Onu biz evdə cox az görərdik. Vəziyyəti biz başa düşürdük. Anam dispetçer işləyirdi. Biz bu həyata alışmışdıq.

Sizin valideyinlərinizin ailə olaraq möhkəm təmələ sahib olasında işlədikləri XDND-nin Cənub idarəsindəki birgə əmək fəaliyyətlərinin rolu nə dərəcədə idi?

-Əmək fəaliyyətinin son illərində atam dəniz təhlükəsizliyi xidmətinin rəisi(kapitan-nastavnik), anam isə donanma üzrə mühəndis-dispetçer vəzifəsində işləyiblər. Xatirlayıram ki, o dövrdə idarə rəisi çox hörmətli Rasim müəllim İmanov idi. Soradan yaşa görə təqaüdə çıxmışdılar. 2009-cu ildə anamı itirdim. Anamsız atama çox çətin idi. Yenə də sevdiyi peşə, dəniz onu qayğılardan ala bilərdi, Amma iş yeri də ona anamı xatırladırdı.  Atam hər şeyi ürəyinə salardı, elə  2014-cü ildə də ürək çatışmamazlığı xəstəliyindən dünyasını dəyişdi…

– Nərgiz xanım, oludurmu ki, hər hansı bir ailə tədbirində atanızın dənizdə olması, yaxud fırtınalı hava şəraiti mane olsun? Bu vaxtlarda dənizə nifrət etmirdiz ki?

– Qardaşımla günlərlə evdə tək qalaraq darıxardıq. Lakin təsəvvür etməzdik ki, valideynlərimiz başqa bir yol seçsinlər. İstirahət günlərini imkan daxilində birgə keçirərdik. Atam işdə olan zaman və hava şəraiti yaxşı olanda biz çox sevinərdik. Bayram günlərini çox vaxt biz tək keçirərdik. Çünki, valideynlərimiz dənizdə, əmək növbəsində vəzifə borclarını yerinə yetirərdilər. Böyük çətinliklər qış fəslində olardı. Soyuq, küləkli hava şəraiti, əlaqə üçün mobil telefon, internet yox idi. Bu da böyük narahatçılığa səbəb olurdu. Mən elə anlarda şiddətli küləyin səsinə qulaq asaraq -“Allahım sən dənizçilərin, neftçilərin köməyi ol” pıcıldayaraq dualar edirdim. Bu kimi çətinliklərə baxmayaraq ailəmizdə peşə dəyişməsi fikri olmazdı.

Sözzsüz ki, dənizə yolunuz düşəndə, yaxud dənizçi görəndə ilk növbədə haqq dünyasında olan valideyinləriniz də yada düşür. Dənizə sevginiz varsa, bu sevgi doğmalarınıza görə yaranmayıb ki?

-Mən dənizi çox sevirəm, o mənə həyatının ən xoş illərini xatırladır. ”İliç Buxtası”, “Şimal limanı”, “Banka Makarov”, “Nargin adası” dənizin və gəmilərin qoxusu, bunlar hamısı mənim yaddaşımda xoş xatirə kimi yaşayır.

Hal-hazırda böyük səbirsizliklə Bayıl qəsəbəsində “Suraxanı” gəmi-muzeyinin açilişını gözləyirəm. Həmin ərazidə dənizçilərin şərəfinə ucaldılan abidə göz oxşayır. Abidəyə gül dəstəsi qoymaq və bir daha uşaqlıq illərinə qayıtmaq arzusundayam.

Atanızın iş yoldaşlarından sizinlə maraqlanan varmı? Siz daha çox kimi xatırlayırsız, belə demək mümkünsə, atanızın iyini kimdən alırsız?

-Əfsuslar olsun ki, valideynlərimin iş yoldaşları, onun yaşıdı olanlar, onunla dostluq edənələr də dünyaların dəyişiblər, lakin xoş xatirə kimi onları qəlbimdə yaşadıram.

Ürək hərarətilə mənə əziz olan dənizçi kapitanlardan- Nadir Hüseynov, Kamal Axundov, Rafiq Neymətov, Viktor Molokanov, Valentin Masevic, gəmilərdən isə “MPK-474”, “MPK-470”,”PSK”-lar, bu adları yada salıram. O insanlar, o gəmilər, limanlar mənə doğma olduğu üçün hec vaxt unutmuram.

Bir də Faiq müəllim, sizin dənizçilərin rifahı naminə qrup yaratmağınıza və məni də öz sıralarınıza qəbul etdiyinizə görə üçün çox şadam. Çox sağ olun ki, mənimlə müsahibə götürdünüz, heç vaxt unuda bilməyəcəyim valideyinlərimin xatırlandığını mənə əyani olaraq göstərdiz…

Söhbət etdi: Faiq Balabəyli

 

 

 

 

 

mersin escort