Lotu Qulinin imperiyasını çeçen avtoritet ələ keçirir? – ŞOK TƏFƏRRÜAT

“Lotu Quli” ləqəbli məşhur azərbaycanlı qanuni oğru Nadir Səlifovun öldürülməsindən sonra onun biznesinə çeçen Əhməd Dombayev (Əhməd Şalinski) iddia edir.

Əhməd Şalinski cinayətkar aləmin Çelyabinsk vilayəti üzrə kuratorudur (“smotryaşiy”). Lotu Qulinin öldürülməsindən sonra onun biznes imperiyasına qardaşı Namiq Səlifov başçılıq edir. Rusiyanın iri bazarlar və topdansatış mərkəzlərinin ticarətçiləri indi ona haqq ödəyirlər.

Lakin Əhməd Şalinski indi bu biznesə iddia edir. Bildirilir ki, çeçenlər hələ də həbsxanalarda və islah əmək düşərgələrində “smotryaşiy” olaraq qalırlar. Onların arasında ən nüfuzlusu Dombayev hesab olunur.

Ə.Dombayev 2009-cu ildə kriminal karyerasına başlayıb.

Moskvada silah tətbiq etməklə TIR-ı soyub. Buna görə 10 il həbs cəzası alıb. Həbsxanaya düşən kimi kriminal aləmdə nüfuz qazanmağa başlayıb. 2012-ci ildə ona “qanuni oğru” titulu veriblər.

2019-cu ildə azadlığa buraxılandan sonra Dombayev Çeçenistana qayıdıb, amma 2020-ci ilin iyununda Moskvaya gedib. Onun Moskvada meyvə-tərəvəz alverini nəzarətə götürmək istədiyi təxmin edilir.

Lakin “Praym Kraym” portalının əldə etdiyi məlumata görə, Əhməd Şalinski bu günlərdə tələsik Moskvadan qaçıb. Çünki onun barəsində Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqeyə sahibi olmaq) üzrə cinayət işi qaldırılıb. Cinayət işinin qaldırılmasının təşəbbüskarı Şimali Osetiyanın Daxili İşlər Nazirliyidir. Bu maddə isə onu 8 ildən 15 ilə qədər həbs gözləyir.

Müstəqil.Az

mənbə:Publika.az

mersin escort