Yağış yağır,üşüyür boş qalmış dar küçələr Dağılır xəzəl kimi payızda xatirələr

Əsmər Bağırova 

VƏTƏN HEY!!!
Qarabağım doğma yurdum, anamdı,
Göz dağımdı Şuşam, qəlbə yaramdı ,
Düşmən halay vurdu, tonqal qalandı.
Əyildi vüqarım, sındı qürurum,
Kor ola gözlərim, öləm, Vətən hey!
 
Alnımıza bu nə bəxtdi yazıldı?
Haqq yoluna dərin quyu qazıldı.
Səbrimizin sonu çatdı, nazildi.
Çəkib süngərini, alıb silahı
İstəyirəm vuram, qıram Vətən hey !
 
Hanı vətən oğlu, hanı ərənlər ,
Hanı meydan deyib ,sinə döyənlər?
“İgidlik” göstərib özün öyənlər.!..
Tapdaq altda qaldı torpaq, elimiz
Getdi hünər qram -qram , Vətən hey !
 
Bu nə dərddi, bu nə dözüm, ilahi
Ümid deyib ,yumdu gözün ilahi
Niyə yoxdu heç bir çözüm, ilahi
Susan vicdanları oyadım gərək,
İstəyirəm bir hay salam, Vətən hey!
 
Ayağa dur,vətən oğlu, ər igid!
Silahından sussun düşmən, vur igid !
Türk oğlusan ,aman vermə düşmənə,
Hünər göstər, zaman vermə,dur, igid!
De bu yolda ölləm, qallam, Vətən hey !
Torpağıma qurban ollam, Vətən hey!
 2020.
 
ANAM
 
Ağ saçların tez-tez düşür yadıma,
Qurban olum, bir gün dolan, gəl, anam!
Qabarlı əllərin çatsın dadıma,
Qurban olum, uzat mənə əl, anam!
 
Gözəl gözlərində qəmli baxışlar,
Düzüldü üzünə nəmli naxışlar,
Canım anam, yağdı burda yağışlar,
Bir yandan da əsir çöldə yel, anam!
 
Sən gedəli ay dolandı, il oldu,
Bağrım başı qəm evinə yol oldu,
Körpə balan dərd əlindən yoruldu,
Sənsiz balan nələr çəkdi,bil,anam!
 
Ah çəkənin fəryadına hay deyin,
Varmı ,ana qayğısına tay, deyin?!
Bağrı-başı yara oldu day, deyin!
Sinəm üstə kədər saldı yol, anam!
 
Məzarına gəldim anam, ay anam!
Başdaşını sildim anam, ay anam!
Qəbrin üstü güldü tamam, ay anam!
Bu dünyada ən ətirli gül, anam!
2018
 
PAYIZ OLMUŞAM
Köhnə kitabların üz qabığında
Yarısı silinmiş yazı olmuşam
Vərəq -vərəq gəzən misralarında
Hecası pozulmuş sözü olmuşam
 
Nə bahar yaşadım, nə qış yaşadım
Nə ömür yazıma kağız olmuşam
Xəzan yarpaqlara tökülən yağış,
Ömrünü bitirmiş payız olmuşam
 
Tənha könlü aram- aram dolaşan
Yorgun xəyallarda azıb qalmışam
Zamansız yazılmış, dolub boşalan
Ömür yollarında çaşıb qalmışam
BİR AZ GÜLÜŞÜNDƏN SƏP GÖZLƏRİMƏ
Bir az gülüşündən səp gözlərimə ,
Həsrətin ruhuma qol-qanad olsun.
Çağlasın könlümün sevgi bulağı,
Süzülsün ovcuma, su tək, durulsun.
 
Qaçım sahilindən soyuq kədərin,
Qızınım eşqinin hərarətində.
Səpələ sinəmin üstə tellərin,
Ulduzlar seyr edə-edə yorulsun.
 
Bəxtəvər-bəxtəvər baxım üzünə,
Alışım közünə ,yanım közünə.
Baxıb vurulduğum qara gözünə,
Uzun kipriklərin qo çətir olsun.
 
Bəxtimə yazılan bəxtəvər mələk,
Yazıldın alnıma Tanrı payı tək.
Səpələn könlümə,dağıl ömrümə,
Eşqin ürəyimə bir çıraq olsun.
BAHAR
 
Bu yerlərin gözəl olur havası,
Yamyaşıl dağları, gözəl səfası.
Güllü ,çiçəklidir bağı, bağçası,
Arının bal çəkmək həvəsi gəlir.
 
Yaşıllanıb çəmən adlı xalçası,
Çiçək açıb ,ərik,gilas,alçası.
Çılpaq qayalardan dağlar arxası
Yamaca süzülən su səsi gəlir.
 
Seyr edirəm doğma yurdu,elimi,
Yığdım qucaq- qucaq çiçək,gülümü.
Üzəmmərəm mən bu yerdən əlimi,
Köksümə torpağın nəfəsi gəlir.
 
Varmı, bu ellərdən deyin gözəli,
İnsanı saf,eşqi təmiz, əzəli.
İgid oğulların səntək gözəli-
Alan, o əlləri kəsəsi gəlir.
2020.
payiz-fesli_50QCENAT (1)
 
SƏNSİZLƏMİŞƏM
 
Yağış yağır,üşüyür
boş qalmış dar küçələr
Dağılır xəzəl kimi
payızda xatirələr.
 
Çıxmışammı yadından
niyə yoxdur səs -sədan?
Niyə çıxıb getmisən
Sənlə dolu dünyadan?
 
Eyni şəhərdə idik,
Eyni küçələrdə biz
Dolaşırdı dolanbac
Dalanlarda izimiz.
 
Əllərin əllərimdə
Titrəyirdi, əsirdi,
Baxışın dilimdəki
Kəlmələri kəsirdi.
 
Tənha ümidlərimə
Açılan gözəl qapı,
Sevgisiz dünyamızın
Səndin əziz qonağı
 
İndi uzaqlardasan
Dünyanın o başında
Firtınalar qoparan
dənizin ağuşında
 
Xəbərin yoxdu belə
Çəkdiyim ələmimdən
Göz yaşımla becərib
Əkdiyim kədərimdən ..
 
Tənha baxışlarımı
Sonsuza zilləmişəm
Heç olmasa duy barı
Sənlə sənsizləmişəm.
 
 
 
mersin escort