Dənizçilər üçün təkmilləşdirilmə və ixtisasartırma kursları keçirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) strukturuna daxil olan Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının əməkdaşları üçün Azərbaycan Dövlət Dəniz Akademiyasında təkmilləşdirilmə və ixtisasartırma kursları keçirilir.

Kurslar “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair” (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun təşkil edilir. Tədrisi ASCO-nun aparıcı mütəxəssisləri və Akademiyanın “Dəniz naviqasiyası”, “Gəmi elektroavtomatikası” və “Gəmi energetik qurğuları” kafedrasının müəllimləri aparır.

“Gəmi sürücülərinin təkmilləşdirilmə” və “Gəmi sürücülərinin ixtisasartırma” kurslarının məqsədi bu sahədə tətbiq olunan yeni naviqasiya metodları və avadanlıqları barədə nəzəri məlumat verməklə yanaşı, həmin yenilikləri misallar üzərində dinləyicilərin diqqətinə çatdırmaqdan ibarətdir.

ASCO-nun sifarişi ilə inşa olunaraq istismara verilən yeni gəmilərin müasir maşın və mexanizmlərinin iş prinsipinin öyrənilməsi, bu gəmilərin istismarı üzrə bilik və bacarıqların izah olunması gəmi mexanikləri üçün təşkil olunmuş kursların əsas predmetini təşkil edir. Bu kurslarda həmçinin dinləyicilər perspektiv maşın və mexanizmlərlə də nəzəri tanış olmaq imkanının əldə edir.

“Gəmi elektrik-mexaniklərinin təkmilləşdirilmə” kurslarını dinləyənlər üçün Beynəlxalq Konvensiyaya 2010-cu ildə edilmiş Manila dəyişiklikləri nəzərə alınmaqla gəmi elektrik mexaniklərinin (mühəndislərinin) bilik və səriştələrinin təkmilləşdirilməsi və eyni adlı  Məcəllənin A-III/6 qaydalarının tələbləri izah edilərək onun tətbiqi barədə məlumat verilir.

Kurslar sanitar epidemioloji şərait gözlənilməklə Akademiyanın tədris binalarında, Təlim Tədis Mərkəzində və Dənizçilik Kollecinin binasında təşkil edilib.

Müstəqil.Az
mənbə:“Seanews.az”

mersin escort