Kapitan Faiq Şirinov:  Dəniz səliqəni sevir, gənc dənizçilər  səliqəli olsunlar


Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstək İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND idarəsinin   “Yaqub Kazımov” gəmisinin kapitanı Faiq Şirinovdur.

 

– Faiq kapitan, hazırda dənizdə növbədəsən, bir neçə gündən sonra növbəti iki ayı başa vuracaqsan, yorğun deyilsən ki?

– Salam Faiq bəy, xoş gördük. Əlbətdə yorğunam, iki ay uzun müddətdir. Həm də bildiyin kim,  kapitanın gəmidə çox böyük vəzifə borcu və məsuliyyəti var. Bu barədə gərginlik yorğunluğu ola bilər.60 gün, 1440 saat. Bəzən bir dəqiqə bir il kimi keçir

Söhbətimizin davamı daha maraqlı olması üçün oxucularımıza özün haqda bir qədər məlumat verərsənmi?

– Mən,  Şirinov Faiq Yadigar oğlu  1969- cu ilin  avqust ayının 10-da İsmayıllı rayonun 2-cı Cülyan kəndində dünayaya gəlmişəm. 1976-ci ildə həmin kənddə orta məktəbə getmişəm. 1984-cü ildə 8-ci sinifi bitirib, elə həmin il Bakı Dəniz Yolları məktəbinə Gəmi Sürücülüyü fakultəsinə qəbul olmuşam. 1988-ci ildə Əla qiymətlərlə təhsilimi başa vurub XDND (KHФ)-yə göndərişlə gəlmişəm. Kapitanın 3-cü köməkçisi kimi işə qəbul olunub “Yaqub Kazımov” kran gəmisində işə başlamişam. 1990-ci ilin 21 yanvar ayının 21 –dən gəmidə Kapitan səlahiyyətlərini icra etməyə başlamışam. “Yaqub Kazımov” gəmisində 1993-cü ilə qədər işlədim. Bu günə kimi XDND-nin M.Əsədov, S.Orucov gəmiləri istisna olmaqla bütün tip gəmilərində Kapitan vəzifəsində çalışmışam. 2008-ci ildən Uzaq Səfərlər Kaöitanıyam. Hal-hazırda “İ.Kərimov” kran gəmisində gəmisində Kapitanam.

 

– Faiq, səninlə  Müstəqil.Az saytı və “DSD” İB – nin birgə layihəsi olan “Dənizçi həyatı”nda görüşürük. Həyatınızın dənizlə bağlı olan tərəfləri ürəyincədir?

-“DSD”İB-nə uğurlar arzulayıram. “Dənizçi Həyatı” layihəsinə görə də  görə Müstəqil.Az sayıtınada təşəkkür edirəm.  Sayt öz səhifələrində dənizçilərimizin çətin, lakin şərəfli işlərindən maraqla qarşılanan yazılar verir.  Hər adama qismət olmur dənizdə işləmək, hərçəndk  çoxları istəyir gəmidə işləsin. Mənim qismətimdir ki, dənizdəyəm,  gəmi kapitanıyam. Allaha Şükür çalışıram ki, işimdən zovq alım.Əlbəttə, ürəyimcədir.


– Ümumiyyətlə, dənizçi peşəsi sənin üçün nə qədər əhəmiyyətlidir?

-Maraqlı peşədir. Daima öyrənirsən. Yaşam həyatımın vacib hissəsidir. Təcrübə toplayırsan. Bilirsən, adaş, dənizdə olan adam həyatın bütün məqamlarında vəziyyətdən çıxar, çətinliyə tab gətirə bilər.

– Dənizə gəldiyin ilk günlər necə qalıb yaddaşında?

– Əvvəllər tərəddüdlərim olub.İnanmırdım həyatımı dənizlə davam etdirim. Çünkü əvvəl-əvvəl ürəy bulantıları məni çox narahat edirdi. Sonralar sağ olsun yaxşı kollektivlər,yaxşı dənizçilər,burdakı inasanların saflığı məni yavaş-yavaş dənizə bağladı. Budur, artıq ömrümün yarıdan çoxunu dənizlə həmsöhbət olaraq yaşayıram.

– Köhnə dənizçilərdən kimi xoş olaraq xatırlayırsan, bu sənətə daha çox bağlanmağında kimin təsiri olub?

– Rəhmətlik Tahir Əzimov, Vahid Babayev, Namiq Qasımov, Daməd İmanov, rəhmətlik  Şövqü Seyidov, Rövşən Dəmirov, Ümüdvar Hüseynov, Hidayət Atakişiyev, bu kapitanlardan bəhrələnmişəm.  Atamın təsiri çox olub.                                                                                          Mən çaylardan daş, meşələrdən odun gətirməydən bezdim. Nə qədər meşədə ayı görmək olar?  Dedim gedim dənizə akula da görüm və beləcə dənizə üz tutdum.

– Akulalarla qarşılaşdınmi?

– Amma heç də, bütün dəniz sularında Akula olmurmuş.  Lakin “AKULALAR”ı çox gördüm. Ətrafda belələri hələ də var, artır, “xişnik”lik edir

– Bu gün AXDG QSC ölkədə az saylı müəsisələrdəndir ki, özünü və işçisini dolandırır. Sizi bir dənizçi kimi qane edirmi?

-Bəli azsaylı müəsisələrdəndir. AXDG QSC çox təqdirə layiq  işləri olub və var.Danılmazdır. Misal üçün deyim ki, mənə görə ən böyük işlərdən biri AXDG-nin nəznində yaradilmış  Təlim Tədris Mərkəzidir ki, dənizçilərin peşə faliyyətində çox böyük əhəmiyyət kəsb edir .  Yaxşı olardı kı təlimə, kursa gələnlərin də haqqında nəsə edilə. Məsələn, Rayonlardan gəlib 1 həftə, 10 gün burda qalası olurlar. Onların qalası yerləri bəzilərində olmur. Yemək üçün imkanları çatmır. Bunlarda nəzərə alınsa lap yaxşı olar.                                                                   Əmək haqqları artırılsa yaxşı olar və artırılmalıdır.

– Uzun müddətdir ki, XDND- dəsən, bu illər ərzində nəyi müşahidə etmisən, nələr dəyişib?

-Bəli, artıq 32 ildir ki, bu kollektivdə işləyirəm.                                                                                                          Çox şey dəyişib. Hətta insnalar da dəyişib. Əvvəlki dənizçilərlə indiki dənizçilərdə çox fərq var. Tək dənizdə deyil, bütün sahələrdə belədir. Deyə bilərəm ki, gəmilərdə də şərait yaxşılığa döğru çox dəyişib.Ümüd edirik ki, daha yaxşı olacaq. Bu uğurlara sevinməliyik, növbəti uğurları gözləməliyik.


-Dononmamızın tarixində bir çox idarə rəisləri ilə işləmisən, səncə daha demokratik, işinin öhdəsibdən daha yaxşı gələn və dənizçilər tərəfindən xoş xatırlanan hansı rəis olub?

-Bəli,  çox rəislər dəyişib. Hər biri hansısa xüsusiyyətinə görə digərindən fərqlənib. Allah dünyasını dəyişənlərə rəhmət eləsin.  Mənim şəxsimdə rəhbər kimi rəhmətlik  Cəbrayıl Xanlaroğlu idi. Amma bütün dənizçilər kimi mən də demokratik, işin öhdəsindən, dənizçilər tərəfindən xoş xatırlanan rəhbər rəhmətlik Çingiz Əliyev idi. CMS də rəis, ADDA-da rektor oldu. Təbii ki, indiki rəhbərlik də çox işlər görüb. Sağolsunlar . Adlarını ona görə çəkmirəm ki, hər halda hər kəs öz işinin öhdəsindən necə gəlir, hamıdan yaxşı bilir.

– Faiq kapitan, 31 il olacaq ki, sənin də çalışdığın bir dononma dünyada misli görünməmiş bir qəhrəmanlığa imza atdı. Dişinə qədər silahlanan qan içən bir ordu ilə üz-üzə qaldı, imperiyanın məkrli və qanlı siyasətini dünyaya yaydı. Söhbət 1990-cı ilin qanlı yanvarından gedir. Necə xatırlayırsan? Hansı gəmidə idin və sizin gəminin tapşırığı nə idi?

-Bəli yaxşı xatırlayıram.  Həmin günlər mən “Yaqub Kazımov” gəmisində Kapitanın Baş köməkçisi idim. 19-dan 20-nə keçən gecə Limanbazada dayanmışdıq. Səhərə qədər atəş səsləri eşidirdik. Məlumatlar belə idi ki, Rus qoşunları şəhərdə millətimizi qırır. Kapitan İslam Salmanov idi. Heyyət üzvləri hamı bir nəfər kimi gəmini tərk edib şəhərə getmək qərarına gəldilər. Kapitan gözləyin dedi və körpüyə çıxdı. Bir saata gəlib hamının gedəcəyin deyərək mühərriklərə hazırlıq göstərişin verdi. Dedim komandir hara gedirik? Dedi: Kapitanlar qərara gəliblər bütün gəmilər Dəniz Vağzalı tərəfə gedib orada etiraz edərək Rus vəhşilərinin Bakını tərk etmələrini tələb edəcəyik.  “Sabit Orucov”, “Əli Əmirov” , “Şirvan” və başqa gəmilər buxtaya toplaşdı.  Yadımda qalmadı o gün Liman bazada daha hansı gəmilər vardı. Günortaya qədər bütün istismarda olan gəmilər Bakı buxtasına toplandı. Və etiraz forması gəmilərin fit verməsi ilə başladı. “Sabit Orucov” gəmisində qərargah yarandı. Orada sizə yaxşı məlumdur, ağsaqqal Kapitanlar yığılaraq gəmilərin hansı tərəfə hərəkət etmələrini tənzimləyirdilər. Mən qurur hissi ilə deyə bilərəm ki, çalışdığım donanmanın misli görünməmiş bir qəhramanlığa imza atdığı vaxtda mən də yaxından ştirak etmişəm. Çox yazmaq olar, Faiq bəy. Sizin də kitablarınızda bu barədə geniş söhbət açılır. Mən öz xatirələrimin bir hissəsin bölüşürəm.   Demək 20-də axşam “Vodaley-4” gəmisi hərbi kanalın giriş-çıxış hissəsini bağlamaq üçün ora istiqamət götürdü. Bizim kapitanların xüsusi  tapşırığı ilə  gəmilər  kanalı tam bağlamaq qərarına gəlindi. Beləcə 2 gəmi “Vodaley-4” və “Y.Kazımov” bizim üçün tapşırılan kanalı bağladılar. Sonra “Atlet-9” və “Nefteqaz-64” gəmiləri də bizə yaxın gəldilər. Məqsəd hərbi gəmilərin dənizə çıxışına mane olmaq idi, çünki qərargahdan verilən məlumata görə o gəmilər törədilən vəhşiliyin üstünü ört-basdır etmək üçün şəhidlərin nəşini gəmilərlə dənizə tökmək istəyirdilər. Amma onlar deyirdilərki, hərbiçilər öz ailələrin aparırlar. Haqlı olaraq onlara, hərbiçilərə tərəfimizdən deyildiki niyə siz öz ailənizi aparırsınız? Sizə ki burda dəyən, toxunan yoxdur. Qısası  hərbişilər əmr edirdi ki,  kanalı açın yoxsa gəmiləriniz vurulacaq. Nə şəhərdə törədilən vəhşiliyə nə də ki, gəmilərin vurulacağına heç kim inanmırdı. Gözlənmədən “Vodaley-4” gəmisini çox güclü müxtəlif silahlardan atəşə tutdular.Məqsəd gəmini məhv edib batırmaq idi . Və sonra bizim gəmini atəşə tutdular, Kapitan Körpüsündə sağ salamat heç nə qalmadı. Kapitan İlsam kişi çox ürəkli idi.Qərargahın göstərişi ilə geri çəkildik.Bu vaxt Kapitan Səhmanın mən tarana gedirəm səsi eşidildi. Getmə deselərdə getdi. Kimsə efirdə Səfər bəy, Səfər bəy vertalyot gedir neyləyək deyendə Səfər bəy (Kərəm bəy) dedi dəyməyin qoy getsin. Belə sohbətləri onlar da eşidirdi,elə bilirdilərki, bizim gəmidə elə bir silah var ki,vertaliyotu əmr olunsa vurarıq.  Əlbətdə o sözlər sonra gəmilərimizə gəlib silah  axtarışlara səbəb oldu. Çoxlu sayda dənizçilərimiz həbs olundu.                                                                                                                                  O gecəyə qayıdaq.  Hərbiçilərlə danışıldıki, ya “Nefteqaz-64” ya da “Babazadə” gəmisi yaxınlaşıb hərbi gəmiləri işiqlandırsın həm də sizin ailəniz gəminin göyərtəsinə çixsinlar. Razılaşdılar,  amma əməl etməyərək sürət götürərək aradan çıxdılar. Bu mənim çox kiçik yadda qalan xatırəmdir. İslam Kapitan ayın 21-də evə getməli oldu. Həyat yoldaşı qeyri millət olduğu üçün onu xilas etməli olduğunu deyib, getdi. Və idarə tərfindən mənə Kapitan vəzifəsini icra etmək tapşırıldı.Və mən yanvarın 21-də, 21 yaşında Xəzərdə və deyərdim dünyada ən gənc Kapitan oldum. Müharibə vəziyyətini nəzə alsaq bu böyük ürək və bacarıq tələb edirdi. Və bizim heyyət qərargahın göstərişi ilə etiraza davam etdi. Mən şahid oldum “Atlet-21” gəmisinin Kapitanı Ümüdvar Hüseynovu gəmidən necə döyə-döyə apardılar.B izi yoxlayanda Kapitanı istədilər dedik ki sizdən öncəki kater ilə Kapitanı apardılar. Daha sonra İdarəmizin hazırladığı texniki akta görə “Y.Kazımov” və “Vodaley-4” gəmiləri isismara yaramadı. O vaxtdan 31 il ötür. Unudulmur və unudulmayacaq da. Eşq olsun gəmi heyyətinin hamsına, mən cavan olsam da onlar mənə çox ürək-dirək verdilər.Bütün dənizçilərimiz hamısı birlikdə qəhramanlıq göstərdilər. Amma nədənsə indi çox təəsüflənirəm o günlərə ki, bu gün beləyik. Nə isə, bu başqa və uzun mövzudur. Çünki sizə müsahibə verdiyim dəqiqələrdə saytlarda Rus məktəblərinin artırılması və Rusların Erməniləri silahlandırması, hətta hərbi gəmilərin Bakı Dəniz Vağzalına qədər gəlməsidir. 20 Yanvar hadisələri günlərində bütün Azərbaycan vətandaşları Talış da, Ləzgi də,Avar da,Kürt də,Rus da,Yəhudi də bir yumruq kimi birləşərək Azərbaycanın Müstəqilliyi naminə mübarizə aparırdılar. İndi tam tərsidir. Yenə satqınla, yenə xəyanət nbaş alır.

Hər il 20 Yanvarda gəmi sahildə olarkən Şəhidlər Xiyabanını fəxrlə ziyarət edib Allahdan bütün şəhidlərimizə  rəhmət diləyirik.
– Bildiyin kimi DSD İB adlanan yeni bir təşkilat yaranıb və bu təşkilat dənizçilərin pozulmuş hüquqlarının, sosial çatışmazlıqlarının həlli istiqamətində iş görmək istəyir. Necə düşünürsən, bu istiqamətdə nə etmək olar?

-Bilirəm xəbərim var, izləyirəm, xeyirli olsun. Allah işinizə fərəc versin,yolunuz açıq işıqlı olsun. Dəstəkləyirəm.                                                                                                   Təşkilatın üzvlərinin çox olmasını istəyirəm. O zaman güclü olarıq. Sözünüz daha da  keçərli olar ki, dənizçilərin pozulmuş hüqülarına yardımçı olasınız. Bu istiqamətdə qarşılıqlı dəstək olmağını görmək istəyirəm. Nə etmək lazım olduğunu siz bizdən yaxşı bilirsiniz, yəqin ki bütün lazım olanları həyata keçirəçəksiniz. Uğurlar arzulayıram. İmkan olsa mənə qaranlıq qalan Tibbi suğorta barədə və bütün dənizçilərə izah edərdiniz. Bu qədər pula bir dişi təmir etdirmək olmur. Bu necə sığorta növüdür?

Buna bir əncam çəkən yoxdur?
-Təcrübəli kapitan olaraq gənc dənizçilərə tövsiyyən nə olardı?

-Bu peşəni seçiblərsə sevərək çalışsınlar. Daima savadlarını artırsınlar. Dəniz səliqəni sevir, səliqəli olsunlar. SOLAS 74-83 təlim kitabın mütləq şəkildə oxuyub əməl etsinlər.
-Müsahibəyə görə çox sağ ol

-Siz sağolun. Təşəkkür edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

mersin escort

mersin escort