ADDA-da Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbuluna başlanıb

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənədlər aşağıdakı ixtisaslara qəbul edilir:

1. 3319.01

 

– “Gəmiçilik texnikası” 
      doktorantura –  1 yer (qiyabi)
     
2. 3319.02 – “Gəmiçilik və su nəqliyyatının istismarı”
       

doktorantura – 1 yer (qiyabi)

     
3. 3319.03 – “Gəmiqayırma və  gəmi təmiri texnologiyası” 
       

doktorantura – 1 yer (qiyabi)

     

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənədlər sentyabrın 26-dək hər gün saat 9:00-dan 17:00-dək Azərbaycan Dövlət Dəniz Akademiyasının Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18 ünvanında yerləşən əsas binasında (423-cü otaqda) qəbul ediləcək.

Əlaqə telefonları: (012) 493 09 19

E-mail: husniyya.qafarli@asco.az

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər ADDA-ya təqdim olunmalıdır:

– rektorun adına ərizə;

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

– iş yerindən xasiyyətnamə;

– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

– xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

mersin escort