Ukrayna radiosunun “Kultura” radiosu Salam Sarvanın kitabı haqda…

Ukrayna radiosunun “Kultura” radioefiri tanınmış Azərbaycan şairi Salam Sarvanın bu yaxınlarda Kiyevdə işıq üzü görmüş “Boğulmaq da olmur, dayazdı dünya” adlı şeirlər kitabının müzakirəsinə həsr olunmuş verlişi səsləndirib.
“Kultura” radiosunun aparıcısı Lyudmila Lyaxeviç, layihənin Ukrayna üzrə məsul katibi Marina Qonçaruk və tanınmış Ukrayna tərcüməçisi, şair Lesya Mudrak Salam Sarvanın kitaba daxil edilmiş şeirlərinin müzakirəsi ilə yanaşı, Ukrayna və Azərbaycanda ədəbi proses, Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin inkişafı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin bu istiqamətdə fəaliyyəti, təşkilatın müasir dünyada əhəmiyyəti və rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Verilişin sonunda kitabın tərcüməçisi Lesya Mudrak Salam Sarvanın şeirlərindən nümunələr səsləndirib.
Müstəqil.Az
mersin escort