Uçurum – Aysel FİKRƏTİN yeni hekayəsi

Uçurumun kənarında dayanmışdı. Heç zaman atmazdı özünü.Yalnız qorxmağa başladım, birdən ayağı büdrəyər yıxılar.Başını qatmaq üçün yanıma çağırdım.bax gör nə deyirəm…

Arxaya çönəndə onu balaca, heç nə anlamayan uşağa bənzətdim.İstədim onu qucaqlayım heç kimə verməyim daha. Yazıq balam deyim sən bu dünyada mənsiz nə edəcəksən. Yadıma düşdü ki bu adam məni dəfələrlə kədərə itələyib. Arxada neçə ayın dəhşəti xəstəliyi var. Onda sığınmalıq üz qalmamışdı. Tez -tez gözlərini məndən qaçırırdı. Başqa adların, duyğuların, insanların havasından hələ ayılmamışdı. Kimisə xatırlayıb gülümsünürdü. Adam hardasa xoşbəxtliyini tapanda geri dönmək istəmir. Gözünün yaşını sel etmişdi, günahlarını yuyurdu deyəsən, səssizlik idi. Ətrafda ölü sakitliyi var idi, şəhəri köçürmüşdülər. Ya da Allah bizi gizləımişdi. Bu ayrılıq axı nə olan şeydi ki mən bunu hələm- hələm anlamlırdım. Niyə axı Allah Ayrılığı başıma yağış kimi döyürdü.ağrı kimi verirdi.Bunun başqa yolu yoxdumu.Başqa daha işıqlı tərəfi yoxdu ki. Hanı biz insan idik yei göyü fəth edən. Nə oldu axı bizə belə quzuya dönmüşük.
Üzsüz idi bax indi də, bu gün də xatırlamalıq üzü yadımda deyil.içimdə kinlə, qorumaq hissinə qarışmış bir doğmalıq gəzirdi.sevgi deyildi.Ürəyim bulandı. Adam dərdi də doqurmuş deyəsən. Bütün bu hisslərdən brdəfəlik qurtulmaq üçün nələr verməzdim indi.Bir qolumu kəssinlər, bir ayağımı,heyf ki xatirələri silib atmaq üçün əməliyyat kəşv olunmayıb hələ. Tibbin insan həyacan və duyğulariyla mübarizəsi ibtidai sinif səvyyəsindədir.İnsanlar psixoloji gərginlikdən intihar edir, hər gün ölür dirilir,Ətrafının xəbəri olmadan canlı ölü kimi dolaşır.susur.bir birini öldürür.dünyada nələr olur. Yaxşı edirsən dedim qoru özünü məndən .işdi əlimdən xəta çıxar, yazıqsan axı sən. Sözümdən ürəkləndi.


Elə bağırmaq istəyirəm dedi… göyə baxdı.  İnsan bağırmaq istəyəndə göyə niyə baxsın axı.
Mən elə uşaqlıqdan beləyəm həmişə çıxış yolu tapıram. Axırda mütləq biri gəlib xilas edir nağıldakı kimi. çox düşünürdüm ..yaşamaq yerinə belə düşünürdüm.
Susub küskün gözlərini mənə zillədi .Bilmirəm niyə, elə indi burda anladım ki. Mən bu adamın canına zəhər kimi işləmişəm .bu insan zəhərlənib.Anlamıram bu qədər qayğının bu insan canında zəhərə necə döndüyünü.
Düşündüm buna mütləq indi inək sağan bir qız lazımdı,dünyadan xəbərsiz. Bəlkə o qızın qoyduğu qatıqlar onu dirildəcək . Canındakı zəhəri yuyub aparacaq.mən səbəbəm çarə yox. Bu yeni rolumdan üşəndim.özümü pis hiss etdim.Zülmün sonu yoxmuş.
sözlər ağzından töküldü.
Gəl sən məni itələ ölüm canın qutarsın. Bir kəlmə sözdən qorxan insan durduğum yerdə məni cani etməkdən qorxmur deyə susdum.Allah da göydə gülümsünürdü.Mistik bir sıçrayışla ayağa qalxdım. Bu yerin bu dünyanın mənə yad olduğunu heç bu qədər hiss etməmişdim.insan gərək özünü qorumağı tısbağadan öyrənə.düşüncələrə bürünmək öldürür adamı. Mən bu adamı daha görməyəcəkdim.o isə həyatına yeni qədəm qoyan şad Allah bəndəsiydi . Gedəcəkdi öz ömrünə təzə süddən qatıqdan yeyib yatmağa, gülümsəyəcəkdi. O yenə gülümsəyəcəkdi,.yaraları saqalacaqdı, həyat sağaldacaqdı onu. Od qaladı deyə, təndiri yandırdı deyə, bir söz dedi deyə öyünəcəkdilər onunla. Onu mənim kimi görən olmayacaqdı. Mənisə onun son gününü görürdüm. İlk doğulduğu kimi acız, qorxaq Çarəsiz bir insan idi vəssalam. Başına sığal çəkib deyəsən get bala get yaşa.yalnışlıqla səni özümə bənzətdim,bir qələtdi etmişəm keç günahımdan. Hələ xəbəri yoxdu guya. Bu adam mənim həyatımın tən ortasında istədiyi kimi necə var gəl edir. Elə gəzir ki elə bil atasının xarabasıdır. Düşüncələrimə gülümsündüm. Elə sevindi ki elə bildi daha bağışladım onu. Başladı yeni həyatının gözəlliyindn əfsanələr danışmağa . Bir gülümsəməklə açdı tökdü içini.mənsizlik gözlərindən bağırırdı dünyaya.
Sonra yola düşdük. Utanaraq mənasız uzun uzadı bir söhbət danışdı . Məlum oldu ki ona bu aralar qulaq asan bir sürü maymaq var.söhbətinin abu havasından bildim ki kağızı itib bu adamın. Nənəm demiş varaqı çevrilib. Vay dedim vay nə olacaq sənin axırın. Sağollaşanda üzünə baxmadım. kKçmişdə üç beş inanmışlığım var idi.itməsin yazıq olmasın.getdiyi yerlərə, ona da ətrafına da yazığım gəldi. İnsan birinci özünü sonra ətrafını aldadır axı.insan kimi insan idi . Yalnız obraz kimi desək pis rolda idi bu dəfə. İstəmirdim onu belə görüm. utanırdım onun yerinə.
Azadlıq imiş ayrılıq.Öz özümə çıxış yolu düşündüm ki o an ona yaxınlaşıb arxadan itələdim.O da ölmədi uçdu qanad açdı getdi .
Fiziki ölümü mənə lazım deyildi onun.Bir sürü işi gücü var idi bu düyada .Mən istəmirəm o süd sağan qızın satılı bir tərəfə yaylıqı bir tərəfə düşsün .İstəmirdim, kədərlənsin.
O mənim üçün onsuzda ölmüşdü həmin gün, ondan qabaq da, bundan sonra da. Həmişə də öləcək… Hər gün ölməkdən usanmayacaq
Heç mən özüm də sağ deyildim. Bəzən insanın ölüm səbəbi sadə bir sıradan ehtiyatsızlıq olur . Sevgi bildiyim ən alçaq ehtiyatsızlıqdır.
Bir tısbağa alım gərək. Akvariumda balıq da pis deyil. Ya bir it . İnsan olmayan nə varsa gözəldi çünki əslində həyat elə gözəldi ki o gün uçurumdan baxanda gördüm.
Uçurum ..

 

 

mersin escort