Torpaq, qalx ayağa, general gəlir!

Xəbər verdiyimiz kimi Müstəqil.Az saytının  “DSD” İBnin şəhid generalımız Polad Həşimovun xatirəsinə elan etdikləri yazı müsabiqəsi yekunlaşdı və qaliblər müəyyən olundu.

Hazırda Şəhid genaralın xatirəsinə bağlanacaq kitab üzərində çalışmaılar gedir.  Müstəqil.Az Ülkər Nicatlının  şəhadətə qovuşmuş generalımızın nurlu xatirəsinə həsr etdiyi həmin kitabda yer alacaq şeirini  yayınlayır

 

GENERAL GƏLİR

(Şəhid general Polad Həşimovun nurlu xatirəsinə)

Üçrəngli bayragı alnından asıb,

Əcəlin üstünə adını yazıb.

Vətən harayını bağrına basıb,

Üzündə təbəssüm, dili lal gəlir,

Torpaq, qalx ayağa, general gəlir!

 

Mubarək şəhiddir, ucadır soyu,

Həzi Aslanova çəkir bir suyu.

Xainlər yolunda qazdılar quyu,

Döyüş yollarına nəzər sal,gəlir,

Torpaq, qalx ayağa, general gəlir!

 

Uçurdub fələyin qalalarını,

Gözü yolda qoyub balalarını,

Anıb anasının laylalarını,

Ana tək boynuna qolun sal, gəlir,

Torpaq, qalx ayağa, general gəlir!

 

Keçib Qəbələdən Qələbəyədək,

Qeyrət ocağıdır köksündə urək.

Doğma Vəndamına əl eyləyərək,

Polad əqidəli nurcamal gəlir,

Torpaq, qalx ayağa, general gəlir!

Ülkər NİCATLI

 

mersin escort