“Pikassonun göyərçini qonub sənin çiyninə”

Şair Adil Şirin Mehriban xanım Əliyevaya poema həsr etdi

Bu gün – avqustun 26-sı Mehriban xanım Əliyevanın anadan olan günüdür və şair Adil Şirin bu münasibətlə “Ömür” poemasını yazıb.

Məşhur, görkəmli şəxslər haqqında, özü də poema kimi irihəcmli yanrda yazmaq asan deyil. Bu şairdən  nəfəs, təb, ilham, çoxillik bədii təcrübədən əlavə, həm də zəngin bilgi və cəsarət tələb edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci ledi, görkəmli ictimai-siyasi xadim, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əlieyva haqda “Ömür”poemasını qələmə almaqla tanımış şair Adil Şirin bu keyfiyyətlərə malik olduğunu göstərdi. Şair öz əsərini Mehriban xanımın adına dastan kimi başlayır:

Göy üzündə

Nazlı-nazlı uçan durna!

Uça-uça qanadları

Bəyaz çiçək açan durna!

Eşit mənim harayımı, duamı-

Al məni qanadına!

Bir dastan başlayıram

Mən bir xanım adına!

 

Poemanı Meriban xanımın çoxillik ictimai-siyasi uğurlarına, ümumən dünyaya gələndən bu günə qədərki  ömrünə ucaldılan bədii abidə də adlnadırmaq olar. Lakin A.Şirin öz qəhrəmanının ömrünü xronoloji ardıcıllıqla təsvir etmək kimi ənənəvi üsuldan yan keçərək, bu zəngin və mənalı ömrün ən vacib məqamlarına üz turur. O, Mehriban xanımın dünyaya gəlişini, ailə qurmasını, valideynləri və övladlarını, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə göstədiyi gərgin zəhmətini, istər ölkə daxili, istərsə də onun hüdudlarından kənarda qazandığı uğurlarını  diqqət mərkəzində saxlayır, onun bir övlad, bir xanım, bir ana, bir vətəndaş, bir dövlət xadimi, ümumən bir insan kimi portretinin əsas cizgilərini yığcam, lakonik, lakin mənalı surətdə rəsm edə bilir.

Şair bütün bunları Tanrı tərəfindən müəyyənləşdirilən xüsusi tale təyinatı saymaqla yanaşı, iki mühüm nüansı xüsusi vurğulayır: Mehriban xanımın görkəmli yazıçı-pedaqoq, ədəbiyyatşünas Mir Cəlal ocağında doğulması və ulu öndər Heydər Əliyevin dövlətçilik məktəbində yetişməsi:

Gəlir xəyalına

Babası hərdən,

Qüdrətli sənətkar

Dahi Mir Cəlal!

Gümüşü saçları

Durardı dən-dən,

Süfrəsi açıqdı,

Çörəyi halal.

… Həyatı məktəbdir

Ulu Öndərin,
Mehriban o evin
Gəlini oldu.

Öyrəndi, düşündü
Dərindən dərin,

Gördü bir doğru yol
Heydər yoludur.

Mehriban xanım şairin bədii təqdimində mənsub olduğu xalqın arzularından doğulub. Çünki o, Dədə Qorquddan öyüd alan Burla xatun kimi, Banu Çiçək bədii obrazların həyati təcəsssümüdür. Çünki o,  Sara xatun kimi tarixi şəxsiyyətə mənəvi varisdir, bir sözlə,  əsl dövlət və xalq adamıdır:

Dədəm Qorqud öyüd verib,
Sənə banu Çiçək kimi.

Hər könüldə bir ümidsən,
Ağ qanadlı mələk kimi.

 

…Uzaq ölkələrdə

Təmsil elədin,

Doğma yurdumuzu –

Azərbaycanı!

Uca kürsülərdən

nitq söylədin,

Elimin Sarası,
Burla xatunu!

 

Hər ölkənin tarixində elə şəxsiyyətlər var ki, onlar xalqın qayğısını çəkmək, onun adını dünya xalqları sırasında qürur və ləyaqətlə səsləndirmək üçün dünyaya gəlirlər. M.Əliyevanın zəngin, mənalı, hərtəfəli ictimai-siyasi fəaliyyəti bunun parlaq örnəyidir. Poemadan hasil olan başlıca  müəllif ideyası budur:

 

Rahat uyu,

Ömür boyu

Çox çilələr çəkmiş şair babam,
Məhəmməd Hadi!
Ruhun şad olsun, Ustad!
Millətimin imzası var bu gün
İmzalar içində!

Üçrəngli bayrağımız dalğalanır
Amerikada, Fransada…

Əlcəzairdə, Çində!..

 

Poema görkəmli şəxsiyyət və xalqın əbədi birliyi ideyasının təsdiqinə dair fikirlə tamamlanır:

 

Keçər qərinələr

Ötər zamanlar,

Ellərin qəlbində

Daim yaşarsan!

Nə qədər xalqım var,

Azərbaycan var,

Bu Vətən mülkündə
Əbədi varsan!

Milli müstəqilliyimizin təsdiqindən ibarət bu misralar dövlətimizin suverenliyinə darılan bəzi daxili və xarici qüvvələrə həm də sətiraltı bədii mesaj kimi səslənir. Qoy darılsınlar, amma biz olmuşuq, varıq və olacaıq!

***

Lirik-epik janrda yazılan poema özünün zəngin bədii xüsusiyyətləri ilə yadda qalır.  Romantik ovqatdan modern ifadə tərzinə, yüksək monumentalizmdən zərif lirizmə, heca vəznindən  sərbəstə və əksinə interaktiv və üzvü keçidlər  poemanın bədii strukturunun forma və məzmun əsasında durur. Ən başlıcası, poemanın həqiqi şair ilhamından doğulduğunu təsdiq edən  bədii aurası, metaforik iqlimi  var. Bu metaforizm əksərən orijinal şair kəşfləri, maraqlı bədii tapıntılar  şəklində üzə çıxır:

Yenə könlüm havalandı

Bəzən dünya dar gəlir

Şairlərin əyninə.

Xanımlar xanımı Mehriban xanım!
Sülhməramlı səfirim mənim,
Pikassonun göyərçini

Qonub sənin çiyninə!

Bu gün avqustun 26-sı Mehriban xanım Əliyevanın ad günüdür! Və şair Adil Şirin bu münasibətlə “Ömür” poemasını yazıb.  Mən də şair qardaşımın bu səmimi, ürəkdən gələn təbrikinə qoşulur,  xalqımızın fəxri, güvənc yeri olan  Mehriban xanımı həm öz adımdan, həm də mənimlə həmrəy olan bütün söz adamları, bütün xalqımız adından təbrik edirəm.


Əsəd Cahangir

 

 

 

 

 

 

 

mersin escort