Azərbaycan qadınının “Mehriban” siması – Samirə Novruzova yazır

Azərbaycan qadınının “Mehriban” siması

 

Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilmiş, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında böyük rol oynamışdır. Ümumilikdə, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin hökmdarı Tomris, orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun və  fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, Mehriban Əliyeva da məhz belə qadınların davamçısı olaraq Azərbaycanın ictimai-siyasi və mədəni həyatında müstəsna rola malikdir. Mehriban xanım bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail olmuşdur.

 

Ötən illərdə Mehriban xanım Əliyeva ümummilli amallar naminə gərgin səylər göstərib. Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Mehriban xanım dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib,  Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə  Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond yarandığı 2004-cü ildən bu günə qədər görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir.

Bu gün də Mehriban xanım geniş və şaxəli fəaliyyəti ilə məşğuldur. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, elm, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman və digər sahələrdə layihələr reallaşdırıb. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2008-ci ildən bəri dünyanın 70-dən çox ölkəsində müxtəlif tədbirlər keçirilib, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Xocalı soyqırımının tanınmasında bu ardıcıl və kompleks işlər həlledici rol oynayıb. Humanizm, həmrəylik və dözümlülük dəyərlərinə sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu Azərbaycanın dünyada tolerantlığın mərkəzinə çevrilməsində əvəzsiz rol oynayıb, “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində xeyli mühüm işlər görülüb. Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin dəyərlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən işlərin uğurlu nəticəsindən xəbər verir.

Bununla yanaşı Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdüb. Ötən illər göstərdi ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur. Təbii ki, Azərbaycanın birinci xanımının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsində Heydər Əliyev ucalığının təcəssümü olan ailəsi onun üçün tükənməz güc mənbəyidir. Etdiklərinin müqabilində Mehriban xanımın həyatda ən böyük qazancı isə xalqımızın ona və ailəsinə ürəkdən etdikləri alqış və dualarıdır. Bütün bunlar Mehriban Əliyevanın uzaqgörən siyasətinin nəticəsidir. O həqiqətən də, Azərbaycan qadınının “Mehriban” simasıdır.

 

Samirə Novruzova

 Bakı Dövlət Universitetinin tələbəsi

 

Müstəqil.Az

 

mersin escort