Yardımlıda sındırılan abidələrin bərpasına ehtiyac var

Sovet hökuməti dağılandan sonra bir sıra rayonlarda olduğu kimi, Yardımlıda da şirin xülyalarla yaşayan var-dövlət hərisləri asan yolla varlanmaq eşqinə düşmüşdülər.

Onlar tarixi abidələrin ətrafında qazıntılar aparır, ləl-cəvahirat axtarırdılar. Kimlərin nə əldə etdiyi barədə heç nə deyə bilmərəm, amma acı bir həqiqətdir ki, rayonun müxtəlif yerlərində xeyli tarixi abidəyə ziyan dəyib…

Şükürlər olsun ki, bu gün belə hadisələr baş vermir, necə deyərlər, nəzarət gücləndirilib. Fəqət, sındırılan, dağıdılan abidələrə qarşı bəlkə də otuz ildən çoxdur ki, biganəlik hökm sürür. Onları bir yerə toplayan, bərpa edən bir qurum tapılmır ki, tapılmır…

Əslində, bu işlərə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon şöbəsi cavabdehdir. Di gəl ki, bu şöbəyə rəhbərlik edən insanların laqeydliyi nəticəsində heç bir irəliləyiş yoxdur. Sındırılan abidələri bərpa etmək, heç olmasa onları rayon tarix-diyarşünaslıq muzeyinin qarşısına gətirmək ağıllarından belə keçmir…

Biz buradan Masallı Regional Mədəniyyət İdarəsinin rəhbəri Lətifə xanım Mövsümovaya müraciət edirik ki, bu nöqsanların aradan qaldırılmasına münasibət bildirsin.

Elman Eldaroğlu

mersin escort