Alimlər Florida sahillərində əmələ gəlmiş müəmmalı sualtı çuxuru araşdıracaqlar

Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi (NOAA) cari ilin avqustunda “mavi çuxur” kateqoriyasına aid olan Florida sahillərindəki çuxuru araşdıracaq. Dənizin 50 metrliyində yerləşən çuxurun dərinliyi 129 metrdir.

Müstəqil.Az  xəbər verir ki, araşdırma qrupunun tərkibinə Florida Atlantik Universiteti Dəniz Laboratoriyası, Corciya Texnologiya İnstitutu və ABŞ Geoloji Cəmiyyətinin alimləri daxildir.

İdarədən verilən məlumata görə, çuxurun ağzı ensiz olduğundan avtomatik dalğıcın girməsi mümkün deyil. Sözügedən çuxur haqqında məlumat idarəyə alimlər tərəfindən yox, su altında üzən həvəskar balıqçılar tərəfindən daxil olub.

Əvvəlki araşdırmalara görə, mavi çuxurlar maraqlı bioloji müxtəlifliyə malikdirlər. 2019-cu ildə Sarasotadan 30 mil məsafədə olan çuxurda araşdırma zamanı müxtəlif dəniz bitkiləri ilə yanaşı, nəsli kəsilmiş hesab edilən iki ədəd qılınc-balıq aşkar edilmişdi.

Yeni bioloji əlamətlər axtarmaqla yanaşı, alimlər ilk növbədə çuxurun necə əmələ gəlməsi və okean qatının batmasının qrunt suları ilə əlaqəli olub olmadığını araşdıracaqlar.

mənbə:”Seanews.az”

mersin escort