Tarixçi Alim Dilavər Əzimlidən  Deputat Fazil Mustafaya tutarlı və elmi cavab

Anar  Qarayev

Öz qısa fikirlərimi də əlavə etmək istədim

Fazil Mustafa sənin gəldiyin tarixi nəticələr ancaq və ancaq düşmənin gəldiyi nəticə ilə üst üstə düşə bilər. Dünya Tarixində iz qoyan Səfəvilər İmperiyasına sənin kimilər dil uzadanda həmin dili kökündən kəsmək lazımdır!!!

Ən qədim tarixi köklərə malik olan Azərbaycan Xalqına it sürüsü deyən bir insanın Azərbaycan Tarixindən danışmağı mənə görə çox gülüncdür.

Hər bir tarixi şəxsiyyətin səhvləri olub. Və səhvlərin olmağı qaçılmazdır. Amma tənqid obyektinə əsl səhvlər çıxarılsa əla olar. Ordan burdan oxuyub ağlınıza gələni heç bir tarixi əsasınız olmadan tənqid etməyiniz hər şeyi ortaya qoyur. Demək ki, nə tarixdən nə də mədəniyyətdən xəbəriniz yoxdur!!!

Sizə sual verirəm əziz həmvətənlərim xalqa it sürüsü deyən insan məhfumundan kənar olan bir məxluqun Azərbaycanın şanlı tarixinin hansı dövrlər olduğunu müəyyən etməsinə təhqir olunan xalq icazə verməlidirmi? Niyə susuruq? Millətinə hörmət etməyən məxluq necə millət vəkili ola bilər?

Fazil Mustafa Səfəvilər imperiyasını siz Zabil Bayramlıdan, Dilavər Əzimlidən, Mübariz Ağalarlıdan, və,s həmin dövrün araşdırdırmacı Alimlərindən heç vaxt yaxşı bilə bilməzsiniz. Ağlınıza gələni danışıb özünüzü gülünc vəziyyətə salmayın. Etdiyiniz həm tariximiz təhqir etmək həmdə tarixçilərə hörmətsizlikdir.

Tarix özü bir nəticədir. Həmin nəticədən düzgün şəkildə yararlı və tarixi əsaslı nəticə çıxarmaq lazımdır. Bunu isə sən bacara bilməzsən ona görə get işinlə məşğul ol.

Tarixdən xəbəri olmayan insan gəlib hər şeyi qatıb qarışdırır bir birinə. Həm qədim dövrlərdən deyir həm Səfəvilərdən deyir həm AXC dövründən deyir həm nə bilim nədən deyir. Abrın həyan olsun!!! Mən Tarixdə Abbasqulu Ağa Bakıxanovu ensiklopedik şəxsiyyət kimi eşitmişəm. Amma o xalqına tarixinə hörmət edən insan olub. Xalqa it sürüsü deyən insan Erməninin yaltağından başqa bir şey ola bilməz!!!

Ona görə tarixçi Alimlər yox sadə bir tarix fakültəsində oxuyan tələbə olan yerdə sus, ona görə ki, heçnədən xəbərin yoxdur!!! Dahada gülünc vəziyyətə düşmə….

Əziz həmvətənlərim özünüz buna qiymət verin və fikirlərinizi söyləyin…

Deputat Fazil Mustafanın Səfəvilər dövləti və bu dövlətin qurucusu Şah İsmayıl Xətai haqqında dedikləri birmənalı qarşılanmayıb və yenidən mətbuatda geniş müzakirələrə səbəb olub. Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında da mübahisə doğuracaq fikirlər səsləndirib. Deputat qeyd edib ki, Səfəvi milli dövlət deyil və onu nümunə götürmək mənasızdır: “Azərbaycanda yanlış təfəkkür var ki, guya bu dəyərlər bizə imperiya yaradıb, böyük dövlət qurub.

Bunlar hamısı boş, əsassız fikirlərdir. Xətainin qoyub getdiyi dəyər, tutduğu ərazilər İranın işinə yarayan bir bazadır. Səfəvi ideologiyası həm İslamın parçalanmasına, həm də Azərbaycanda irançı düşüncələrin formalaşmasına səbəb olub. Xətainin düşüncəsi ilə hərəkət etsək, Türkiyə başda olmaqla, çevrəmizdəki türk arealı ilə düşmən olmalıyıq. Səfəvi milli dövlət deyil. Bu baxımdan, bunu ideallaşdırmağın mənası yoxdur”

Məclis üzvünün açıqlamalarına tarixçi alim Dilavər Əzimli münasibət bildirib və kəskin tənqid edib: “Şah İsmayıl və Sultan Səlim məsələsini gündəmə gətirənlər türk dünyasının əleyhinə işləyənlərdir. Əslində onların əsas məqsədi sünni-şiə məsələsini gündəmə gətirmək, qabartmaqdır, iki dövlət arasındakı münasibətləri pozmaq, gərgin vəziyyətdə saxlamaq, ictimai rəyi bu münasibətlər üzərində qurmağa xidmət edir. Bu adamlara bir daha bəyan edirəm ki, dünya tarixşünaslığı birmənalı şəkildə Səfəvi dövlətinin türk dövləti olduğunu ortaya qoyub. Dünya tarixşünaslığı onu yaradanların türk sərkərdələri, bu dövlətin isə türk dövləti olduğunu təsdiq edir. Dövlətin başında duranlar isə sülalələrdir. Əfşar sülaləsi, Səfəvilər sülaləsi və sair. Bu gün Kembric, Harvard, Oksford və digər beynəlxalq dərəcəli ali məktəblərin orta əsrlər üzrə tədqiqatçıları belə deyirsə, Fazil Mustafanın sərsəmləmələrinə mən heç nə demək istəmirəm. Onun kimilərə bir cavabım var: sizin ali məqsədiniz bu məsələni şişirtməklə iki dövlət arasındakı münasibətləri pozmaqdır”.
Tarixçi alim İran dövlətinin belə farslara aid olmadığını iddia edərək, F. Mustafanın fikirlərini əsassız adlandırıb: “Osmanlı bir dövlət idi, Səfəvi də ayrı bir dövlət idi. Hər ikisinin öz ərazisi var idi, hər ikisinin dövlətçiliyi möhkəm idi. Səfəviləri nə əsasla İran dövləti adlandırırsınız? İran məgər fars dövləti olub? İran adlanan kəlmənin heç farsa aidiyyəti yoxdur. O sonradan ortaya çıxmış bir dövlət adıdır. Əvvəllər ərazi adı ilə adlandırırdılar. Fars hara, İran hara? O yerin adını Persiya kimi yazırdılar. İngilislər oraya ”Persiya” yazmaqla bütün bu ərazilərin farslara məxsus olduğunu bildirmək istəyirdilər. İndi ingilis tarixşünaslığı özü geri çəkilib. İndi deyirlər ki, bu dövlətlər türk dövlətləri olub. Əgər sizin əsaslı bir iddialarınız yoxdursa, niyə Osmanlı-Səfəvi münasibətlərindən yapışırsınız? Bir az irəli gedin, Əmir Teymurla İldırım Bəyazidin münasibətlərindən danışın, Ağqoyunlu hökmdarları ilə Osmanlı sultanlarının münasibətlərindən danışın”.

Dilavər Əzimlinin sözlərinə görə, Səfəvilər həmin dövrdə Osmanlının qarşısında dura bilən, Sultan Süleymana diz çökməyən yeganə dövlət olub: “Səfəvilər qüdrətli bir dövlət idi, o qədər qüdrətli idi ki, dünyanı fəth edən Sultan Süleyman burada dəfələrlə məğlub oldu. Bu, elə-belə nailiyyət deyildi. Səfəvilərin güclü türk ordusu var idi. Çaldıran döyüşündən sonra bu ərazilərdə nələr baş verdi? Şah Abbas həmin əraziləri geri qaytardı. Ondan sonra hakimiyyətə gələn Nadir Şah Əfşar də həmin dövlətə rəhbərlik edirdi, dövlət eyni idi, sadəcə, sülalə dəyişdi. Nə üçün Nadir Şah Əfşardan danışmırsan? Niyə demirsən ki, o, dünyanı fəth elədi, ancaq Osmanlı ilə münasibətləri qorudu. Hətta təklif edirdi ki, eyni təriqəti, cəfəri təriqətini qəbul edək. Mən yüzlərlə tarixçi sadalayaram ki, Səfəvilər dövlətinin türk dövləti olduğunu yazırlar. Siz niyə bunun əksini deyirsiniz, bu qədər bəsitlik olarmı?
Bunu deyənlər hansı ideyaya xidmət edir, o bizə bəllidir. Gördünüz ki, Türkiyədə hansı hadisələr baş verdi. Gülənçilər Türkiyə hökumətini dağıtmağa qalxdılar. Deməli, türkçülüyün qarşısına sədd çəkməyə çalışırlar”.

mersin escort