“Qarabağ”ın daha bir potensial rəqibinin adı bəlli oldu

Futbol üzrə Sloveniya çempionu müəyyənləşib.

Müstəqil.Az xəbər verir ki, “Tselye” tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.

Komanda həm də ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək və Azərbaycan təmsilçisi “Qarabağ”ın potensial rəqibi olacaq.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın potensial rəqiblərindən bir neçəsinin adı dəqiqləşib. Bunlar “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana”dır (Malta). “Linfild” (Şimali İrlandiya) – “Tre Fiori” (San-Marino) cütünün qalibi də Azərbaycan çempionuna rəqib ola bilər.

Müstəqil.Az

mersin escort