O, Qarabağ şəhidi yox, Qaradağ “şəhidi” oldu…

“Korona-şou” məni əməlli-başlı çaşdırdı

Ölkə sakinlərinin koronavirusun mövcudluğuna münasibətdə üç qrupa bölündüyü – inanmayanlar, gah inanıb-gah inanmayanlar və konkret inananlar – heç kimə sirr deyil. Şəxsən mən özümü tərəddüd edənlər qrupunda hiss edirəm.

Müxtəlif ərazilərdə sərt karantin rejiminin tətbiqindən sonra, tərəddüdlərə son qoyub konkret yerimi bəlli emək fikrindəydim. Amma və lakin üz-üzə qaldığım “korona-şou” məni əməlli-başlı çaşdırdı. Son bir-neçə gündə kənd arvadlarının gündəmindən düşməyən söz-söhbət 24 iyun 2020-ci il tarixində reallaşdı. Yəni, etika xatirinə adını çəkmək istəmədiyim Qarazəncir kənd sakini A. kişi şan-şöhrəti aləmi bürümüş Cəlilabad Mərkəzi rayon Xəstəxanası həkimlərinin 2-3 günlük zəhmətlərini bada verib haqqın dərgahına qovuşdu.
Rəhmətlik top kimi adamıydı. Zəhmətin ərsəyə gətirdiyi təbii musqulları, sinə və qıç əzələləri sıradan bir güləşçilərdə ola bilərdi. SSRİ adlı cənnət xaraba qalandan, Azərbaycanın cəhənnəm-məkan guşəsi Qaradağ-Karyerdə daş və can əlləşdirirdi. Xarakter və fiziki imkanlar baxımından əsl döyüşçüydü. Qarabağ uğrunda döyüşsəydi, milli qəhrəman olardı. Amma o, Qarabağ şəhidi yox, Qaradağ “şəhidi” oldu.
Qarazıncir Tibb Məntəqəsinin baş həkimi deyir ki, mərhumun ciyərləri yox idi. Hərçəndi, A. kişinin ömrü boyu ağciyər problemi olmayıb. Söz yox ki, Qaradağ daşı yeyən, tozunu udan adamın hər türlü problemi ola bilər yox eee… olmalıdı. Fəqət, başa düşmədiyim bəzi məqamlar var:
1. Əgər A. kişi koronavirusdan ölübsə, niyə dəfn yerinə ambulasla deyil, ailənin şəxsi vəsati hesabına “xalturşik” tərəfindən gətirilir?
2.Necə ola bilir ki, mərhumla ailə üzvləri arasında görüşlər sona qədər məhdudlaşdırılmır?
3. Qəbirqazan kənd uçaqlarına “kosmonavt paltarı” geyindirib “şəkil” çəkmək və çəkdirmək kimlərin işinə yarayır?
Sonda onu bildirirəm ki, tərəddüdlırimə baxmayaraq, karantin rejiminə ciddi şəkildə riayyət edən 3-5 nəfərdən biriyəm.
Bunu bütün ərazi sakinləri bilirlər.
mersin escort