İlham Əliyev Tərtər rayonunda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

***13:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

Müstəqil.AZ  xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Prezident daha sonra Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına kompleksdə yaradılan şəraitlə tanış olub.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.

Müstəqil.AZ

mersin escort