“Ürəyimdə ölən adam…”-Şəhla Vahid Hacıyevanın yeni şeirləri…

Müstəqil.Az ŞƏHLA VAHİD HACIYEVANIN yeni şeirlərini oxuculara təqdim edir:
İMANSIZ OLDUM, BAĞIŞLA!
İmansa,dinsə bu sevgi,
İmansız oldum,bağışla.
Qırdım tökdüm ümidləri,
Amansız oldum,bağışla.
 
Günahkarsan günahıma,
Yan ürəyim,yan ahıma!
Bu günümdən sabahıma,
Gümansız oldum,bağışla.
 
Oldu xoş günün ömründə,
Çoxaldın kimin ömründə?
Bəlkə də sənin ömründə,
Zamansız oldum,bağışla.
İmansız oldum bağışla!
SÖZÜNDƏ ÖLÜM GEDİM.
Hisslərində yaşayım,
Özündə ölüm gedim.
Göz yaşında boğulum,
Gözündə ölüm gedim.
 
Varam olanlarınla,
Yadda qalanlarınla.
Çıxım yalanlarınla,
Düzündə ölüm gedim.
 
Düş bu eşqin izinə,
Dur bu bəxtin üzünə.
Al başımı dizinə,
Dizində ölüm gedim.
 
Gedim əlindən çıxım,
Yansan dilindən çıxım.
Son kəs dilindən çıxım,
Sözündə ölüm gedim.
 
OLMADIM
Xəzəl düşdü bağlara,
Qara düşdü ağlara.
Güvəndiyin dağlara,
Yağmadım,qar olmadım.
 
Bu yollara bağırdım,
Yar deyib,yar çağırdım.
Bu sevgidən ağrıdım,
Qəlbində var olmadım.
 
Gül dedin gülmədimmi,
Sev dedin sevmədimmi,
Çağırdın gəlmədimmi?-
Səsinə kar olmadım,
Qəlbində var olmadım.
 
ÖLƏN ADAM
Qüsulun yox,kəfənin yox,
Ürəyimdə ölən adam.
Ovul, qarış göz yaşıma,
Gözlərimdən ələn,adam!
 
Qan damır vaxtın əlindən,
Yaralı çıxdın əlindən.
Əl açıb bəxtin əlindən,
Az səadət dilən adam.
 
Kim inandı doğrusuna?
Döndü ümid oğrusuna.
Için-için ağrısına,
Dözmək üçün gələn adam.
Ürəyimdə ölən adam.

mersin escort