“Saçlarım həyəcandan titrəyirdi…”-Çinarə Ömray yazır….

Bu gün yenə görüşdük. Üzündəki ilıq, rahatverici təbəssüm adamın ruhunu sarır.

Yenə o danışır, yenə mən baxırdım. Günlərlə onun bu halına baxmaqdan doymaram. O çox yaxşıdı. Çoxun çoxu.
Oturduğumuz yerdən üzü yuxarıda işlənməyən dəmir yol xətləri vadı. Ondan yapışıb relslərin üstü ilə addımlayıram. Oranın qəribə bir səssizliyi var. Sanki sükutun qulağı səsdədirki indi qatar gəlib onu darıxmağın əlindən alıb aparacaq. Dəmir relslərin üstündə oturub boylanırdı əsgər yolu gözləyən qız kimi üzü stansiyaya sükut.

Arada boz bir qarğa gəlib qondu Sağ tərəfdəki ağacın yorğun budağına. Sonra da sanki sükuta acıq verib “gəlməyəcək, gözlədiyin gəlməyəcək”- deyirmiş kimi qağıldamağa başladı bir neçə dəfə.


Payız maraqlı fəsildi. Mən onu payıza oxşadıram. O da payız kimi kədərli, payız kimi çılğın, bəzən də biruzə verməyə çalışmasa da payız kimi solğun olur. Elə bir özü özündən üşüyür amma hiss elətdirmir.
Dəmir yolunda qəzmək elə qəşəngdiki. Adam ordaki sakitliyi qucaqlamaq istəyir.


Elə adamlar varki onlarla susmaq da gözəldi. Sizi bilmirəm mən də belə olur. Ən çox danışmağa istədiyim adamın yanında danışmağa söz tapmıram. Sadəcə susub bütün varlığımla ona kilidlənirəm.
Nədənsə o da susmuşdu…


Sonra dayandıq. Mənə bərk bərk sarıldı..
Elə bil dünya mənə sarılmışdı. Bütün acısı, kədəri, düşüncələri, sevinci ilə mənə sarılmışdı dünya.
Qəribəsi bilirsən nədi? O mənim saçlarıma toxunurdu mən onun əlini içimdə hiss edirdim. Saçlarda da hiss var?? Saçlarım həyəcandan titrəyirdi…


Leonard Corenin səsi gəldi hardansa baxdım çox yaxından gəlir. Gözlərimi açdım ki, telefonun budilnikidir . Deməli artıq səhər saat 7:00 du.

mersin escort