Əks cinsdən olan hansı yazarı əsərinizdə canlandırardız? – Sorğu

Məlumdur ki, hər bir yazar araya ərsəyə gətirdiyi əsərində müşahidələrinə xususi ilə üstünlük verir. Tanıdıqları insanların, müşahidə etdiyi adamların xarakterini, düşüncə tərzini obrazlarına ötürür. Görəsən, bizim yazarlar necə, əsərlərində əkscinsdən olan həmkarlarından kimləri əbədiləşdirərdi?

Müstəqil.Az yazarlarımız arasında sorğu keçirdi  

Aqşin Evren: Qadından baş qəhrəman düzəltmək çox çətin məsələdi

“Qadının yaradılışında, anatomiyasında, psixologiyasında sığınmaq instinkti var deyə, ondan hansısa baş qəhrəman düzəltmək çox çətin məsələdir. Düzdür, dünyada Karenina, Madam Bovari kimi obrazlar var, amma bunların hansısa Azərbaycan qadın yazarına oxşadığını demək çətin məsələdir. Azərbaycan qadını ümumiləşdirilmiş obraz olaraq gözəl və mənəviyyatlıdır. Yəqin ki, o hansısa əsəri bu iki xüsusiyyətinə görə bəzəyə bilər.

İradə Aytel:Ayxan Turanı sevirəm!

“Yeni roman üzərində işləyirəm, orada bir obraz var – Ayxan Turan! O, yazıçıdır, şairdir, ötkəm xarakterə malik birisidir. Həyatdan tanıdığım, bəyəndiyim bu yazarı məhz xarakterinə görə romanıma gətirdim. Onun əzəmətli görünüşü, iti, ağıllı baxışları, səlist danışığı, məntiqli fikir yürütməsi məni o qədər heyran edirdi ki, gözlərimin önündəki bu adamı içimdə yenidən yaradaraq romanıma gətirməyə bilməzdim. Və ən əsası, qarşı cinsdə bəyəndiyim bütün müsbət tərəfləri onda birləşdirərək sevdiyim bir kişi obrazı yaratmışam. Və mən Ayxan Turanı sevirəm!”

Şair Ayaz Arabaçı:  Bu haqda düşünməmişəm

“Düzü bu barədə düşünməyə vaxtım olmayıb .Amma hər halda Suat Dərvişin Fosforlu Cevriyəsisayaq bir obraz gəldi ağlıma…”

Yafəs Türksəs:Yeganə xanım əsərlərimdə var..

Sevgili kimi, cəfakes insan kimi, məişət çətinliyi ilə üzləşən biri , yaradıcılığında ziddiyyət olan, çətinliyə düçar olmuş bir dost, cəmiyyətlə üzbəüz qalan bir obraz olaraq Yeganə xanım əsərlərimdə var..

Yeganə Türksəs: Yafəs Türksəsdən yan keçmərəm

Sevgili, dost,  içtimai eybəcərliklərlə barışmayan,  müasir düşüncəli bir insanın obrazını yaratmaq istəsəm, əlbəttdə Yafəs Türksəsdən yan keçmərəm.
Ötgün

 

mersin escort