Türk əsgəri tarix yazdı: bir güllə belə atmadan…

Türk əsgərləri Afrinin şimalındakı Raco bölgəsində yerləşən 900 nömrəli yüksəklikdə tarixi bir zəfər qazanıb.

Müstəqil.Az xəbər verir ki, “Zeytun budağı” əməliyyatı davam etdiyi üçün detalları açıqlanmayan əməliyyat zamanı xüsusi taktika tətbiq edən komandoslar yüksəkliyə gizli şəkildə qalxaraq, bir güllə belə atmadan oranı ələ keçiriblər.

PKK-nın 17 terrorçusunun sağ ələ keçirildiyi əməliyyatın səhəri türk əsgərləri 900 nömrəli təpəni 200 ASO döyüşçüsünə təhvil verib. Sözügedən yüksəkliyin alınması ilə Türkiyə ordusu Raco bölgəsinin mərkəzi hissəsinin 1.5 kilometrliyinə qədər yaxınlaşıb.

Qeyd edək ki, 900 nömrəli yüksəklik ətrafında gedən digər döyüşlərdə 90-a yaxın terrorçu zərərsizləşdirilib.

mersin escort