“Bab”a ilk iman gətirən qadın: Zərrintac Tahirə Qürrətüleyn.

Bu, “Hürufi-həyy” adlanan 18 müridi arasında Fatma Zərrintac Tahirə (1817-1852) adlı Qəzvinli bir qız idi. O, Qürrətül-eyn (“göz bəbəyi”) ləqəbilə anılacaqdı.
Tahirə 1817-ci ildə Qəzvində, dövrün tanınmış müctəhidi Hacı Molla Məhəmməd Saleh Bərəğaninin ailəsində doğulub, yüksək təhsil almışdı. O gələcəkdə Qacarlar dövlətini sarsıdacaq geniş bir dini-siyasi hərəkatın öncüllərindən birinə çevriləcəkdi.

Zərrintac öz dövrünün tanınmış şairəsinə çevrilir, tanınır, çoxarvadlılığın, qadını əsarətdə saxlayan çadranın əleyhinə açıq çıxış edirdi. Bu birbaşa islam ehkamlarına qarşı çıxmaq idi. Get gedə güclənən Babilər 1852-də Nəsirəddin Şah Qacara uğursuz sui-qəsd edirlər.

Tezliklə üsyan başçılarını tutub zindana salırlar. Onlara aman verməyərək indi Tehranın İran Milli Bankı yerləşən məhəlləsindəki məşhur Elxani bağına apararaq, orada boğub bir quyuya atıb quyunu torpaqla doldururlar.

Fikir və əqidəsi uğrunda bir cəsarətli, mübariz ömür belə başa çatır.

Minəxanım Təkləli-Nuriyeva

Qürrətüleyn Tahirə

Otomatik alternatif metin yok.
Qürrətüleyn Tahirənin doğulduğu ev
Görüntünün olası içeriği: açık hava
Qürrətüleyn Tahirənin edamdan əvvəl saxlandığı xanə
Görüntünün olası içeriği: açık hava

mersin escort