Yarım ürəklə doğulan uşağın üzərində UNİKAL ƏMƏLİYYAT

İngiltərədə yarım ürəklə doğulan uşaq əməliyyat edilib.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Çarlio Duotvaite adlı uşaq hipoplastik sol ürək sindromu ilə doğulub. Üçgünlük olanda açıq ürək əməliyyatı edilib. Daha sonra 10 dəfə əməliyyat edilən uşağın sağalması üçün yeganə ümid ürək transplantasiyası olub.

Uşaq 8 həftəlik olanda ona ürək transplantasiyası edilib. Ona yaxınlarının ürəyini verən ailənin kimliyi isə bəlli deyil. Həkimlər uşağın növbəti ay xəstəxanadan çıxa biləcəyini deyib.

Anası Tracie Vrit feysbukda qızına ürək verən ailəyə təşəkkür edib.

“Ən pis vaxtlarında başqa ailələri düşünən ailə bizə ən dəyərli hədiyyə verdi. Bu insanlara təşəkkür sözü azdır”, – deyə uşağın anası yazıb.

O, oğlunun əsl qəhrəman olduğunu bildirib:

“O, bizim balaca döyüşçümüzdür. Əvvəl rəngi ancaq bənövşəyi olurdu, indi hər şey normaldır”.

Müstəqil.Az

mersin escort