Gürcü həkim səhiyyəmizə güldü və güldürdü… – Cavab

Harada görülüb ki, səhhətində problem olan insan həkimlə yox, taksi sürücüsü ilə məsləhətləşsin. Kim özünü reklam edərək reytinq yığırsa, bu onun öz işidir. Gürcü həkimin dedikləri də inandırıcı görünmür və etibar ediləsi amil deyil.

Bu sözləri Müstəqil.Az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Tiflisdəki “Nyu Hospitals” klinikasının direktoru Nika Okriaşvilinin Azərbaycan səhiyyəsinin vəziyyəti ilə bağlı çıxışına münasibət bildirərkən deyib. S.Əhmədovanın sözlərinə görə, bu kimi qərəzli yanaşmalar ölkə səhiyyəsində baş verən irəliləyişlərə və nailiyyətlərin üzərinə kölgə sala bilməz:

“Gürcüstana bizim təcrübəli mütəxəssislər dəvət olunur. Kim necə istəyirsə, çıxış etsin. Bu, onların şəxsi fikirləridir. Azərbaycan səhiyyəsi göz qabağındadır”.

Qeyd edək ki, Gürcüstanın Tiflis şəhərində fəaliyyət göstərən “Nyu Hospitals” klinikasının direktoru Nika Okriaşvili Azərbaycan səhiyyəsini tənqid edib:

“Azərbaycanın Gəncə adlı bir şəhəri var. O şəhərin bir avtovağzalı var. O avtovağzalda taksilər dayanır. O taksi sürücülərinin hamısı mənim əməkdaşlarımdır. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər. Taksi sürücüləri o qədər xəstə gətiriblər ki, onlar artıq peşəkar olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır, mənə mesajla göndərirlər. Onlar tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, onlar böyük xəstəxanalar tikiblər. Amma hamısı müalicəyə Tiflisə gəlir”.

Gürcü həkim bu fikirləri səsləndirərkən zalda oturanlar qəhqəhə ilə gülüblər.

Müstəqil.Az

mersin escort