İrəvan qara siyahıya düşdü: Şimal-Cənub tikintisi dayandı

Ermənistanın Şimal-Cənub avtomagistralının tikintisi dayandırıla bilər.

Müstəqil.Az  xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.

“Hökumət artıq anlayıb ki, beynəlxalq təşkilatlar bu layihə üçün bir daha kredit ayırmayacaqlar. İndi əsas məsələ investor axtarışıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Şimal-Cənub layihəsi İranı Qara dənizlə birləşdirmək üçün nəzərdə tutulub. Bu layihə sayəsində İranı Qara dənizlə birləşdirən köhnə yol 2 dəfədən çox qısaldılmış olacaq.

 

Ermənistan bu yolun tikilişi üçün 2009-cu ildə Asiya İnkişaf Bankından kredit alıb. Maraqlı məqam odur ki, yolun tikilişinə 2012-ci ildə başlanılıb. İrəvan tikintinin 2016-cı ildə başa çatacağını bildirsə də, vədinə əməl etməyib.

Müstəqil.Az

 

mersin escort