İlham Əliyevin fərmanı ilə: həbsxanaların yerinə… qolbaqlar

Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub. <b>R</b>ayon sakinləri - 27 yaşlı <strong>Anar Əmirov</strong> və 26 yaşlı <strong>İlkin Qurbanov</strong> şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxslər polisləri təhqir edərək onların üzərinə bıçaqla hücum ediblər. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan havaya atəş açmaq məcburiyyətində qalıb. Bundan sonra A.Əmirov və İ.Qurbanov saxlanılaraq polis şöbəsinə aparılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır. <b><i> </i></b>

Prezident İlham əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanla Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bundan başqa, sənədə əsasən, Nazirlər Kabineti məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısını və tətbiqi qaydalarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etməlidir.

Müstəqil.Az

mersin escort