Məşhur aktrisa jurnal üçün cəzbedici obrazlar yaratdı – FOTOLAR

Mila Kunis ikinci dəfə ana olduqdan sonra ilk dəfə jurnal üçün cəlbedici pozalar verib.

 

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, “The Edit” jurnalının noyabr nömrəsinin üz qabığında 34 yaşlı Mila Kunis çəkilib. Aktrisa jurnal üçün stilistlərin köməyi ilə bir neçə obraz yaradıb. O, müsahibəsində təkcə yeni çəkildiyi “Çox pis analar” filmi haqqında deyil, həm də aktrisalıq karyerasına daha erkən başlaması ilə bağlı xatirələrini, həmçinin şəxsi həyatı haqqında danışıb.

 

Mila etiraf edib ki, aktyorluq karyerasının əvvəlində bir neçə dəfə “Malibu xilasediciləri” filminə çəkilib:

 

“”Malibu Xilasediciləri” nə iki dəfə çəkilmişəm və hər dəfə yeni personajı canlandırmışam. Bir dəfə alovun içində itən və köməyə ehtiyacı olan koru, epizodun sonunda isə rəqqasəni onyamışam”.

 

Mila gələcək həyat yoldaşı Eşton Katçerlə yeniyetməlik illərində film çəkilişlərində tanış olub. Onda cütlük hələki Hollivudun tanınmış ulduzaları deyildi. Aktrisanın sözlərinə görə, Katçer onu o vaxt da, indi də dəstəkləməyə davam edir:

 

“Biz Eştonla görüşməyə başlayanda ona dedim ki, aktyorluq peşəsinin işgüzar tərəfləri haqqında bilmək istəmirəm, çünki özümü narahat hiss edirəm. O, isə mənə cavab verdi: “Başa düşdüm, mənə zəng edərsən”. Sonra oxumağa başladım, ona suallar verdim, suallara internetdə də cavab axtardım və indi bilirəm ki, başqaları nə edir və mən nə edirəm. Hazırda əvvəlki ilə müqayisədə iş prosesinə daha çox cəlb olunmuşam. Kino sahəsində 25 ildir işləyirəm və yalnız beş il öncə onun dərinliyini anlamağa başladım. Perspektivlər haqqında düşünməyə dəyər!”.

 

mersin escort