İnsult keçirən bəstəkarımızdan xəbər var: vəziyyəti ağırdır

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər insult keçirib. O, bu dəqiqələrdə 1 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kritikdir.
Yenicag.az bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərlə əlaqə saxlayıb. O, bəstəkarın vəziyyətinin ağır olduğunu dedi:
“Dünən iki tədbirdə olub. Evə gələndə vəziyyəti yaxşı idi. Səhərə yaxın qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq. Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu özündə deyil, yalnız gözləri baxır. Həkimlər hələ ki, heç bir ümidverici söz demirlər. Pənah Allahadır”.
Müstəqil.Az

mersin escort