Müstəqil.Az DSD İB-nə istinadla xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin Gəmi heyəti departamentinin direktoru Səid Orucovun özünün sosial şəbəkədəki divarında 03.02.2026-cı il və 05.02.2026-cı il tarixlərində keçirilmiş sertifikat (diplom) imtahanın statistikasını yayınlayıb. Müstəqil.Az həmin müraciəti təqdim edir:
Hörmətli Dənizçilər!
03.02.2026-cı il və 05.02.2026-cı il tarixlərində keçirilmiş sertifikat (diplom) imtahanın statistikasını Sizə təqdim edirəm.
Siyahı üzrə 141 nəfər, iştirak edib 120 nəfər, iştirak etməyib 21 nəfər.
Kafi – 51 nəfər, Qeyri-kafi – 69 nəfər.
İmtahan olunduğu vəzifə üzrə yüksək bal toplayan dənizçilər:
– Kapitan 3000 yuxarı – Mehdiyev Məhəmməd Saleh (112 bal), Geiushov Shahklar (112 bal)
– Kapitanın baş köməkçisi 3000 yuxarı – Rizvanlı Aqil Bahadur (118 bal), Babayev Ayaz Nadir (111 bal)
– Kapitanın növbə köməkçisi 500 yuxarı – Səfərov Arif Azər (97 bal), Qurbanov Elnur Xaqani (91 bal), Əlizadə Məhəmməd Güləhməd (87 bal), Mahmudov Ramil Elçin (97 bal), Abışov Elvin Əmir (90 bal), Şərifov Anar Fariz (94 bal), Muradov Nazim Arif (89 bal)
– İxtisaslaşmış matros – Fərzəliyev Rəvan İsaq (99 bal), Bağırov Anar Baladdin (97 bal), Paşayev Şahverən İsmayıl (92 bal), Tarıverdiyev Orxan Loğman (82 bal), Xudaverdiyev Samir Sabir (93 bal), Zamanova Xədicə Mübariz (96 bal), Abasov Anar Qurban (97 bal), Rzayev Cəfər Qurbanəli (90 bal), Abbasov Cavanşir Həsən (87 bal)
– Baş mexanik 3000 yuxarı – Nağıyev Elmir Nazim (118 bal), Həşimov Səbuhi Samir (110 bal), Cəfərov Zaur Rasim (108 bal), İskəndərov Böyükkişi Firdovsi (110 bal), Cəfərov İsgəndər Vahid (114 bal)
– İkinci mexanik 3000 yuxarı – Əsədov Aqil Dadaş (124 bal), Əliyev Davud Yaşar (123 bal), Hüseynli Nurlan Hikmət (121 bal), Abbasov Fuad Əzizağa (121 bal), Şıxalıyev Vadim Xanbaba (109 bal)
– İkinci mexanik 750-3000 – Məmmədov Həbib Mənsur (118 bal)
– Növbətçi mexanik 750 yuxarı – Astanova İradə Söhbət (97 bal), Əskərov Elxan İlqar (99 bal), Məmmədov Ceyhun Cavanşir (97 bal), Mamedov Elvin Rasim (92 bal), Mürsəlov Amid Aydın (93 bal), İsayev Rüstəm Namiq (89 bal)
– İxtisaslaşmış motorçu – Rəhimov Canəli Abduləli (96 bal), Əliyev Camal Əlixan (96 bal), Nəsirov Yusif Ağaməmməd (89 bal), Kazımov Hüseyn Zahid (93 bal), Məcidov Məmmədşah Həmidağa (90 bal), Şəmmədov Nurlan Tərlan (84 bal)
– Elektrik mexaniki 750 yuxarı – Mamedov Elvin Rasim (92 bal), Əbdülzadə Samrat Müşfiq (88 bal), Əliyev Sadiq Gündüz (91 bal), Balabəyov Fərid Hümmət (97 bal).
İmtahanlarda yüksək nəticə göstərərək müvəffəqiyyət qazanan bütün dənizçiləri səmimi-qəlbdən təbrik edir, onların gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıram. Qazandıqları bilik və bacarıqların onları daim təhlükəsiz, məsuliyyətli və şərəfli səfərlərə aparacağı inanıram.
Eyni zamanda, xüsusi olaraq sevindirici və qürurverici bir məqamı da diqqətinizə çatdırmaq istərdim. İmtahan iştirakçıları arasında xanım namizədlərin olması və onlardan birinin mexanik ixtisası üzrə uğurla nəticə əldə edərək komandir heyətində yer alması ölkəmizdə dənizçilik sahəsində gender bərabərliyinin və peşəkar inkişafın bariz nümunəsidir. Bu mühüm nailiyyət ilk dəfə olaraq mexanik vəzifəsində komandir heyətinə daxil olan xanım dənizçi kimi tarixə düşür.
Bu münasibətlə İradə Astanovanı xüsusi olaraq təbrik edir, ona gələcək xidmət yolunda möhkəm iradə, davamlı uğurlar və təhlükəsiz səfərlər arzulayıram. Onun əldə etdiyi bu nailiyyətin digər xanımlar üçün də ilham mənbəyi olacağına inanır, dənizçilik sahəsində yeni uğurlara yol açacağını ümid edirəm.

Müstəqil.Az





















