Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinin təqdimat oldu – TOVUZDA

Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinin təqdimat oldu – TOVUZDA

Tovuz şəhər Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinin təqdimat mərasimi keçirilib.

Bu haqda Müstəqil.Az  VHP-nın Tovuz rayon təşkilatının sədri Nəsimi Tovusluya istan edərək vəbər verir.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların və bir il öncə baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəsi Adil Həsınov açaraq, Xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatındakı xüsusi mövqeyindən, onun poeziyasında milli kimlik, istiqlal düşüncəsi və vətənpərvərlik motivlərindən bəhs edib.
Bir klarnet şəkili ola bilər
Daha sonra VHP-nin Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığının təkcə ədəbi deyil, eyni zamanda ictimai fikir tariximiz üçün mühüm ideoloji mənbə olduğunu vurğulayıb. O, şairin əsərlərində milli yaddaşın, azadlıq ideyalarının və dövlətçilik düşüncəsinin ardıcıl şəkildə təbliğ olunduğunu bildirib.
Bir dərs və işıqlandırma şəkili ola bilər
Təqdimat mərasimində Sabir Rüstəmxanlının zəngin ədəbi, publisistik və ictimai-siyasi yaradıcılığı fonunda kitablar ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələrdə Tovuz Mərkəzi Kitabxanasının əməkdaşları, eləcə də Tovuz Musiqi Məktəbinin müəllimləri iştirak edərək Sabir Rüstəmxanlının əsərlərinin gənc nəslin milli-mənəvi tərbiyəsində oynadığı roldan danışıblar.
Oxucular tərəfindən 15 cildlik toplu böyük maraqla qarşılanıb. Tədbirin sonunda Sabir Rüstəmxanlının əsərlərindən ibarət 15 cildlik nəşr Tovuz Mərkəzi Kitabxanasına hədiyyə edilib.
Müstəqil.Az
Share: