Nə təhər ölüm ki, xoşuna gəlsin, –Mən ölsəm, kim səni sevəcək, qadın?!

Nə təhər ölüm ki, xoşuna gəlsin,  –Mən ölsəm, kim səni sevəcək, qadın?!
Əlirza HƏSRƏT
XOŞ GƏLDİN
Yaman aldın ürəyimi-
Ələ,xoş gəldin,xoş gəldin!
Çoxdan yanıb qurtarmışam,
Külə xoş gəldin,xoş gəldin!
.
Ahım aramızda çəpər,
Ürəyimdə yox ki təpər.
Əsli-Kərəmdən nə xəbər,
Lələ,xoş gəkdin,xoş gəldin!
.
Bu çiçək də solacaqmı?
Yenə gözüm dolacaqmı?
Mənə deyən olacaqmı,
Belə xoş gəldin,xoş gəldin?!
.
Heykəl qoydu Qu sevdaya,
Bir şərqi oxu, sevdaya.
Ay Əlirza, bu sevdaya,-
Kölə,xoş gəldin,xoş gəldin!
GÖYÇƏK QADIN

Mələk sovqatısan, sevda payısan,

Bəxtimin sultanı, a göyçək qadın.

Hərəsi bir adda gül dəstəsidir,

Qadınlar çiçəkdir, ya çiçək qadın?

 

Şamama sovulub, baxan yox bağa,

Sıxır gözlərini buludlar dağa.

Sənin şərəfinə sərxoş olmağa,

Bu gülün şehindən gəl içək, qadın.

 

Sən allah, xəbər ver qoşuna, gəlsin,

Ürəyim gülləyə, qurşuna gəlsin.

Nə təhər ölüm ki, xoşuna gəlsin,

– Mən ölsəm, kim səni sevəcək, qadın?!

DAHA DUMAN GƏLMİR BİZDƏ HƏR DAĞA
Ah,yaman vuruldum bu soyuq qışa,
Şaxtası özündən,qarı özündən.
Deyirlər,düşəri-düşməzi olur,
Gecikmiş sevgini qoru özündən.
.
Qarşımda baş əyib qələm varağa,
Daha duman gəlmir bizdə hər dağa.
Burda ayaqlarım çatmır torpağa,
Qoparıb atıbsan Yeri özündən?!
.
Qərib yuxu görür,yuxu qəribi,
Ağlayaq,aparsın qoy su qəribi.
Ay zalım balası,sən bu qəribi,-
Bir yol da xəbər al barı,özündən.
QƏRİB KÖNLÜNDƏ PİR OLAQ
Zirvələrdə dönüb taca,
Nə var arzulardan uca?
Misra-misra,heca-heca,-
Gəl yığışıb şeir olaq.
.
Sən asiman,mən də Yerəm,
Hanı Əsli,hanı Kərəm?
Ürək alıb,ürək verən,-
İnsanlara xeyir olaq.
.
…Ayaq saxla,gedən pəri,
Güllənib alnımın təri.
Zəvvarı dillər əzbəri,
Qərib könlündə pir olaq.
Share: