
Qlobal Cənub Qeyri-Hökümət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib.
Müstəqil. Az “Dənizçilərə Sosial Dəstək” İB-nin mətbuat xidmətinə istinad edərək verir ki, bu, Qlobal Cənub Platformasının bugünkü təsis konfransında elan edilib.
Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının 1 il müddətinə müvəqqəti Baş katib seçilib, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşib.
Qeyd edək ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.
Müstəqil.Az