Əzbər bildiyin telefon nömrəsini unudarsan

Tural Balabəyli

 

Gün gələr əzbər bildiyin telefon nömrəsini unudarsan .

Doğum gününü,

səsini,

ətrini,

gözlərini unudarsan;

və bərabər keçirdiyiniz

hər an

itər

yavaş-yavaş.
İtər…

Sonra xəyallarının

isti bir küncündə

boy verər,

bitər yenidən…

 

 

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir