Yaponiya hökuməti istefa verdi

Yaponiya hökuməti növbədənkənar toplantıda tam tərkibdə istefaya göndərilib.

 

Müstəqil.Az AFP-yə istinadən bildirir ki, bununla belə, parlament bir daha Sindzo Abenin baş nazir postuna namizədliyini irəli sürüb və o yenidən hökumət başçısı təyin edilib. Sindzo Abe 2021-ci ilə qədər Yaponiya hökumətinə rəhbərlik edə bilər. Güman edilir ki, o yaxın saatlarda hökumətin tərkibini açıqlayacaq. Ekspertlər hökumətdə ciddi dəyişikliklərin olmayacağını düşünür.

 

 

Müstəqil.Az

Share: