Beyrutda girov qalan “Kapitan Nağdaliyev” quru-yük gəmisinin taleyi… Foto- VİDEO

“Palmali Holding” şirkətinə məxsus olan və artıq  7 aydan çox bir müddətdə 4 nəfər heyət üzvü ilə Beyrutda girov kimi saxlanılan “Kapitan Nağdaliyev” quru-yük gəmisinin taleyi yenə də qaranlıq olaraq qalır.

Müstəqil.Az  bildirir ki, Gəminin kapitanı Nəbiyev Samiq Əliyar oğlunun  qardaşı Namiq Nəbiyev heyyət üzvünün dözülmız vəziyyətdə olması ilə bağlı Dənizçilərə Sosial Dəstək İctimai Birliyinə yazılı müraciət edib. O, dənizçilərimizin düşdüyü çıxılmaz vəziyyətin ictimailəşdirilməsini və heyyət üzvlərinin tezliklə azad olunaraq vətənə dönmələri istiqamətində görüləcək işlərə yardımçı olmağ xahiş edib.

DSD İB-nin araşdırmalarından sonra məlum olub ki, gəmini digər heyyət üzvüləri, Bayramov Qədir Baxşəli oğlu, İstomin Aleksandr Lvoviç, Əliyev Nemət İsabala oğlunun sənədləri əllərindən alnıb. Heyyət və gəmi girov saxlanılır. Xatırladaq ki, gəminin 12 heyyət üzvü olub və bu ilin may ayından Livan məhkəməsi tərəfindən həbs edilib. Heyyətin 2 üzviRusiya, 10 nəfəri isə Azərbaycan vətəndaşı imiş. Hazırda yuxarıda deyildiyi kimi gəmidə 4 nəfər heyyət üzvü saxlanılır. Heyyət üzvlərinin bəziləri 1 ilə yaxındır ki maaş ala bilmir.


Gəminin Livan məhkəməsinin qərarı ilə saxlanılmasınıa səbəb”Palmali Holding”şirkətinin sahibi, tanınmış azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun  həbs edilməsindən sonra şirkətin maliyə böhranı yaşaması və bəzi bank kredit borclarını ödəyə bilməməsidir.  Mütəxəssislərin, vəkillərin və “Polmali” yetkililərinin dediklərinə görə hazırda həbsxanada olan iş adamının holdinqinin süni şəkildə iflas uğradılması, gəmilərin işlərinin dayandırılması və digər amillər borcların üst-üstə yığlmasına gətirib çıxarır. Məlum məslədir ki, hər hansı bir qərarla gəmilərin işi dayandırılmasa idi, əldə olunan qazancla həm heyyət üzvlərinin maaşları verilər, həm də şirkətin banklara olan kredit borcları ödənilə bilərdi.

Məlumdur ki, “Kapitan Nağdəliyev” gəmisi Beyrutda baş verən partlayış nəticəsində zərər də çəkib.

Gəmi kapitanın köməkçisi Dmitri Qudkovski baş verən hadisə haqda “Danışır Moskva” radiosuna açıqlama verib. O deyib ki, partlayış dalğası nəticəsində gəminin tavanı çöküb. Heyət üzvləri içəridə gizlənə bilib, amma qonşuluqda lövbər salmış gəmilərdə bir neçə nəfər həlak olub.

“Partlayış nəticəsində bizdə gəmini limana bağlayan bütün kəndirlər qırıldı. Dərhal maşınları işə saldıq, yenidən lövbərlədik. Gəminin yanında bir nəfər həlak oldu. Daha sonra hamımızı liman körpüsünə çıxardılar. Haradasa saat 22 radələrində göyərtəyə qalxdıq. İndi biz artıq gəmini təmizləmişik, dünən isə göyərtədə qalın qum qatı vardı. Partlayışdan sonra körpücüyə qalxdıq, hətta Günəşi görmək olmurdu”,-kapitan köməkçisi deyib.

“Kapitan Nağdəliyev” tankeri Beyrut limanında az qala bir il olacaq ki,  saxlanılır. Gəmiyə həbs qoyulduqdan sonra, dənizçilər evlərinə dönə bilmir. Onlar aylardır əmək haqqı da almır.

“Palmali Holding”yetkilisi məlum olayla bağlı bildirib ki, bəzi mətbuat organlatında “Kapitan Nagdaliyev” gəmisi ilə bağlı yanlış məlumatlar yayılır. Xəbər verilir ki, guya şirkət gəmini və onun komandasını atıb. Ekipajı da girov saxlayıb. Bu, tamamilə yalandır. Biz hazırda maddi çətinliklər yaşadığımızı inkar etmirik. Dünyada tuğyan edən iqtisadi böhran, üstəlik, məlum hadisələr “Palmali Holding”i ciddi maddi və mənəvi sınaqlarla üz-üzə buraxıb.”

DSD İB-nin əldə etdiyi məlumatlara görı insanlara və şirkətə başağrısı olan bu və digər problemləri həll etmək, öhdəlikləri yerinə yetirmək üçün şirkət rəhbərliyi əlindən gələni etsə də yaxşıya doğru heç nə dəyişmir. “Palmali” rəhbərliyi dəfələrlə bəyan edib ki, biz məsuliyyətimizi dərk edir və problemləri həll etmək istigamətində tədbirlərimizi davam etdiririk. Əminik ki, yaranan çətinliklər müvəqqətidir. Haqqımızda deyilən, şirkət gəmini tərk edib deyimləri də əsassızdır. Biz heç bir gəmimizi tərk etmədik və etmək niyyətimiz də yoxdur. Belə olsa idi, may ayından Beyrut limanında dayanan gəmi heyətimiz nə yeyib, nə içərdi? Ekipaj üzvlərinin ehtiyacları ödənilir. Gəmiçilərimizin ailə üzvlərindən təmkinli olmalarını və bizə güvənmələrini xahiş edirik”, deyə şirkət yetkilisi mətbuat vasitəsi ilə öz sözünü deyib.

Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri Faiq Balabəyli Müstəqil.Az-a xoşagəlməz hadisə ilə bağlı açıqlamasında bildirib ki,  hadisələri nəzarətdə saxlayır və girov saxlanılan dənizçilərimizin tezliklə Vətənə qayıtması istiqamətində müvafiq tədbirlərin görülməsi,  hadisələrin gedişinin ictimailəşdirməsində bacardıqlarımızı əsirgəməyəcəyik.

Müstəqil.Az

 

Share: