Ermənistan “Bu müharibəni uduzduq” deyə bilməz – Mavaşev

Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli razılaşma Türkiyə, Rusiya və İranın sənət əsəridir. Mənim anlayışıma görə, bu həm Azərbaycanın, həm Rusiyanın, həm Türkiyənin, həm də İranın qələbəsidir. Bu müharibə əvvəlcədən yalnız Azərbaycanla Ermənistan arasındakı müharibə deyildi. Bu münaqişə əvvəldən beynəlxalq statusa sahib idi. Əlbəttə, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləridir, amma mənim üçün onlar nizamlama prosesinə kömək etmirdi, ziyan vururdu. Onlar qəsdən prosesi uzadırdılar”.

Müstəqil.Az xəbər verir ki, bu fikirləri Report-a şərqşünas-türkoloq Yuri Mavaşev deyib.

“Çox şadam ki, Rusiya, Türkiyə və İran müstəqil oyunçular olaraq üzərlərinə məsuliyyət və öhdəliklər götürdülər. Azərbaycan da özünü çox məsuliyyətli oyunçu kimi göstərdi. Azərbaycan Xankəndinə də daxil ola, hərbi əməliyyatları davam etdirə və müharibəni bitirə bilərdi. Müharibə uzağı iki həftəyə bitərdi. Ancaq Azərbaycan rəhbərliyi Rusiyada hamımızın güvəndiyimiz müdrikliyi göstərdi. Əmin idik ki, Azərbaycan hansısa etnik təmizləmə, soyqırımı ilə ittiham oluna biləcək addımlardan çox uzaq olduğunu sübut edəcək. Bütün bu deyilənlər yalandır. Azərbaycan yalnız düşməni döyüş meydanında məğlub etmədi, həm də Fransa və ABŞ tərəfindən ona qarşı yönələn bütün ittihamları alt-üst etdi”, – o bildirib.

Politoloq Fransa Senatının Qarabağla bağlı qətnamə qəbul etməsindən də danışıb: “Fransa ATƏT-in Minsk qrupundan çıxarılmalıdır. Özü də Azərbaycanın bunu etmək hüququ var. Hesab edirəm ki, Rusiya, qeyri-rəsmi şəkildə olsa belə, Azərbaycanı Fransanın Minsk formatından xaric edilməsi qərarında dəstəkləməlidir”.

Y.Mavaşev müharibənin əvvəlindən Fransa rəhbərliyinin işğalçı rejimin tərəfində olduğunu vurğulayıb: “Fransa müharibə boyu Ermənistanı dəstəklədiyini nümayiş etdirdi. Fransanın ünvanına, o cümlədən Azərbaycandan da çoxlu siqnallar var idi. Fransa təkcə ATƏT-in Minsk qrupunun üzvü deyil, həm də həmsədr ölkədir və buna görə məsul dövlət olmalıdır. Fransa kimi məsuliyyətsizlik edən ölkələrin olması isə üzücüdür”.

Ekspert həmçinin Ermənistanın məğlubiyyətini etiraf etmək istəməməsi mövzusuna da toxunub: “Ermənistanda heç bir siyasi qüvvə “Biz bu müharibəni uduzduq” deyə bilməz. Hətta SSRİ ilə ABŞ arasında oynamağa başlayıb təslim olmaq prosesini təxirə salmağa imkanı olan Almaniya belə məğlubiyyətini etiraf etmişdi. Bunlar müqayisə edilə bilən şeylərdir. Məğlubiyyəti etiraf etməyi bacarmaq lazımdır. Bu, dövlətin ləyaqətini göstərir. Bu, qəbul edilmirsə, vətəndaşlar qarşısında bunu deməyə güc yoxdursa, ilk növbədə, bu o deməkdir ki, Ermənistanın gələcəyi yoxdur”.

Müstəqil.Az

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet