Faiq Balabəyli: “Erməni məkri – bu gec sağalan bir xəstəlikdir, bəd xassəli şişdir…”

Müstəqil.Az  “Qarabağın gələcəyini necə görürsünüz” sorğusuna “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, VHP Siyasi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçisi şair-publisit Faiq Balabəylinin  münasibətini təqdim edir:

“İlk olaraq Bütün Azərbaycan xalqını, Azərbaycansevərləri faşist xislətli Ermənistanla Vətən müharibəsi adlandırdığımız II Qarabağ savaşındakı paralaq qələbəmizə görə təbrik edirəm.

Yaşasın Müzəffər Azərbaycan Ordusu,  Ali Baş Komandan, generallar, zabit və əsgərlər. Sinəm fərəhdən ürəyimə darlıq edir.

O ki qaldı Qarabağın gələcəyinə, bu məsələ də çox pozitivəm və nəinki “Külli Qarabağın”, eləcə də bütün Azərbaycanın sabahını işıqlı, insanlarını qürurlu və alnı açıq, üzü ağ görürəm. İllərdir işğal altında olunan torpaqlarımızın hərbi yolla geri qaytarılması, ərazidə Azərbaycan hakimiyyətinin, Azərbaycan qanunlarının bərqərar olması başımızın, belimizin dik olması deməkdir. Daha xarici ölkələrdə tədbirlərdə, simpoziumlarda, gəzməkdə, isrirahətdə alış-verişdə olanda, dənizçilərimiz dünya sularını fəth edəndə, müxtəlif ölkələrin limanlarında qarşılaşdıqları erməni və ermənipərəstlərin qarşısında utanc yaşamış kimi görünmyəcək. Biz keşmişin acısından qurtulacağıq, amma o acını unutmayacağıq, içimizdə sızlayacaq ki, yeni bəlalara tuş gəlməyək.

Bəzən soydaşlarımızdan tələsənlər olur, sosial şəbəkələrdə rahatsızlıqlarını bildirirlər; niyə Xankəndinə, Əsgərana, Xocavəndə və digər ermənilərin yaşadıqları kənd və qəsəbələrə ermənilər yenidən qayıdıb yaşamalıdır.

Müharibənin ilk günüdən Ali Baş Komandanımız deyirdi ki, Ermənistan tərəfi mənə qrafik versin, atəşi saxlayıram. Özünü Azərbaycan vətəndaşı hesab edən ermənilər qalmaq şərti ilə qeyriləri isə rədd olub ölkəmizi tərk etsin.

44 gün ərzində ermənilərin üzərində qazandığımız bu parlaq qələbənin düşmən və onların havadarlarında yaratdığı qorxu son anda Ali Baş Komandanımızın dediklərinə gətirib çıxardı. Düşmən təslimçilik aktına imza atdı.

Tədricən bütün işqal altında olan ərazilərdə Azərbaycan qanunları işləyəcək, buna əmin olmalıyıq. Axı 28 ilin yarasını bir-neçə gündə sağaltmaq mümkün deyil, 30 ildən çox (1988-ci il Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya olunması, soyqırıma məruz qalması daxil)  bu ağrı-acıya dözmək necə mümkün oldusa, bu qısa zaman kəsiyini də dözməliyik.

Erməni məkri – bu gec sağalan bir xəstəlikdir, bəd xassəli şişdir və sair.. Bu xəstəliyi bəzən müalicə  (danışıqlar və sülh yolu) etmək mümkün olmadıqda məcbursan ki, tibbi əməliyyatla  (hərbi əməliyyatla) o şişləri, qol-budaq atmış müxtəlif xəstəlikləri aradan qaldırasan, necə ki, etdik. O xəstəliyi sağlam bədəndən ayırmaq üçün  kəsib atmaq olar, necə ki, Ordumuz bunu etdi. Qalir o şişlərin, o xəstəliklərin gələcəkdə baş qaldıra  biləcək fəsadlarını aradan qaldırılması, göründüyü kimi  bu istiqamətdə də işlər davam edir. Hər şeyin öz zamanında həllini tapmasına da əmin olmalıyıq.”

Müstəqil.Az

 

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet