General nöqtəni qoydu: “Rusiya müdaxilə edə bilər, buna görə də…”

“Donbasdakı münaqişənin hərbi yolla həlli yoxdur”.

Müstəqil.Az Teleqraf.com-a istinad edərək xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin komandanı, general Ruslan Xomçak deyib.

“Hər kəsin başa düşməsini istəyirəm: Ukrayna Silahlı Qüvvələri Donbasdakı münaqişənin hərbi yolla həllini görmür”, – general bildirib.

Onun sözlərinə görə, güc tətbiq olunarsa, Ukrayna hərbi qüvvələri ciddi itkilər verəcək. Bundan əlavə, Xomçak hərbi qarşıdurmada Rusiyanın müdaxilə riskinin olduğunu düşünür.

Müstəqil.Az

 

Share: