“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və…” – Rusiya mediası

 “Nəzərə almaq lazımdır ki, 1992-ci ildə ermənilər Xankəndindən Şuşaya asfalt yol boyunca qalxıb…”

Azərbaycan Milli Ordusunun son 44 günlük savaşı, xüsusən Şuşanın xüsusi təyinatlılarımız  tərəfindən qısa vaxtda azad edilməsi əməliyyatı barədə hekayətlər hələ uzun müddət xalq arasında, eləcə də mediada müzakirə mövzusu olacaq. Bu günlərdə cənnət şəhərimizin fəth olunmasında iştirak edən döyüşçü Alik Məmmədovun qayalara dırmaşma və küçələrdəki bıçaq, qumbara savaşları barədəki xatirələri də  böyük maraqla qarşılanıb. Bu hekayət Rusiya mediasında da yer tapıb.
Moderator.az  xəbər verir ki,  Şuşanın azadlıq əməliyyatı haqda  bəhs edilən hekayətin rus dilindən tərcüməsini Rusiya nəşrlərindən birində dərc etdirən “Abşerondan əsən yel” psevdonimli azərbaycanlı bloger Şuşa əməliyyatının  digər bir iştirakçısından da sitat gətirib.
Bloger yazır:
“Hərbi ekspert Anar Oğuztayfa hekayətdə səhvlər tapdı… Şuşa əməliyyatının digər bir iştirakçısı öncə 6 azərbaycanlı snayperin şəhərin tarixi qala divarlarına dırmaşdığını bildirir. Kəskin nişançılar şəhərdəki erməni hərbçilərinə atəş açaraq müdafiəçilərin sıralarında ciddi çaxnaşmaya səbəb olublar…”
“Şuşa iki dəfə: 1992-ci ilin mayında ermənilər və 2020-ci ilin noyabrında azərbaycanlılar tərəfindən fəth olunubsa, deməli,  alınmaz qalalar yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, ermənilər Xankəndindən asfalt yol boyunca Şuşaya qalxıb. Yəni 1992-ci ilin Şuşa əməliyyatı misilsiz hərbi strateq ideyası və  erməni əsgərinin inanılmaz bacarığı kimi dəyərləndirilə bilməz…”- deyə soydaşımız vurğulayır.
 
Sultan Laçın
Share: