Fərhad Allahverənov : Dənizçilik əsl  kişi peşəsidir, bu peşəni başqa peşələrlə müqaisə etmək çox çətin olar

Dənizçilərə Sosial Dəstək İctimi Birliyinin Müstəqil.AZ saytı ilə birlikdə hazırladığı “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND idarəsinin “Şamaxı” tankerinin böyük mexaniki Fərhad Allahverənovdur

 

-Fərhad bəy, xoş gördük, özünüz haqda qısaca da olsa məlumat vermənizi istərdim. Dənizçi olmaq istəyiniz necə yarandı?

-Faiq müəllim, əvvəla sizə minnətdarlığımı bildirirəm ki, məni  çoxsaylı oxuculara təqdim edirsiz.  Eləcə də neçə-neçə dənizçilərimizin fəaliyyətini işiqlandırırsınız, onların həyat yollarına işıq tutursuz, atdığı addımlarını, uğurlarını dövrü mətbuatda və sosial şəbəkə vasitəsi ilə bölüşürsünüz.

O ki qaldı sualınıza,  mənim bu peşəyə marağım məktəb illərimdən başlayıb. Mən Qərbi Azərbaycanın Allahverdi rayonunun  cənlibel kimi tanınan Yuxarı AĞTALA kəndində doğulmuşam, o kənddə boya başa çatmışam. Həmin kəndin 8 illik orta məktəbində təhsil almışam. Məktəbdə 5- ci sinifdə oxuduğum zamanlar idi, bir gün kəndə səs yayıldı ki, Səkinə xalanın oğlu İlqar Bakıda dənizçilik məktəbinə qəbul olub. İnanın bizim kəndimizdə adət idi elə bil, hər kəsin uğuruna sevinirdilər. İlqarın da Bakıda təhsil almağı kənd adamlarının sevincinə səbəb olmuşdu. Bir müddət sonra bu gün peşəkar kapitan kimi tanınan İlqar Zingirov eşitdik ki,   dənizçi formasında kəndə  məzuniyyətə gəlib. Hər kəs kimi mən də maraqlandım, gedim onunla görüşüm, deyə fikirləşdim. Elə də etdim, getdim görüşdüm, onun həvəslə oxuduğu məktəb haqqında təssuratlarını dinlədim, əynindəki  dənizçi forması məni valeh etdi. Onun danışıqlarından başa  düşdüm ki, bu məktəbə daxil olmaq üçün həm cəsur olmaq lazımdı, həm də  yaxşı oxumaq. Marağımı görüb bəzi  məsləhətləriniu verdi. Elə  həmin gündən mənim hərbiyə, ciddi peşəyə həvəsim artdı.

Çox yaxşı oxuyurdum, 8-ci sinifi bitirdikdən sonra atam məni İrəvanda yaşayan əmimin məsləhəti ilə İrəvan şəhərinə gətirdi. İrəvan hərbi təyyarəçi, paraşut üzrə kursant məktəbə sənətlərimi təqdim etdilər. Bu məktəbdə 2800 nəfər kursant təhsil alırdı var.    Orta məktəbdə yaxşı oxuduğum üçün məndən imtahanı müsabiqə ilə götürdülər. Qəbul oldum. 1985- ci ildə olub bu.  3 gündən sonra əmimə zəng etdilər ki, biz İrəvana – həmin məktəbə gələk. Həmin məktəbdə rus millətindən olan bir mayoru vardı,  əmimin tanışı idi.  O, dedi ki, burda 2800 kursant var, onun 2680 kursantı erməni, 119 –u rus, cəmi 1 nəfəri  isə Aərbaycanlıdı, o da sizin uşaq. Dost olduqları üçün  məsləhət bilmədi ki, orda oxuyam, onu türk deyə  öldürəcəklər, dedi . Artıq İrəvanda türklərə  – bizlərə qarşı  münasibətlər daha da pisləşmişdi. Əmim sənədlərimi qaytardı və gəldik kəndə. Xalam oğlu Mehman o zaman Bakıda hərbiçi kimi işləyirdi. Məni Bakıya gətirdi. Bulvarda gəzərkən, dənizçi kursantları gördüm və yadıma düşdü ki, kəndçimiz İlqar burda oxuyur. Mehmandan xahiş etdim ki sənədlərimi bu məktəbə verim.  Səhəri gün  QAFUR MƏMMƏDOV ADINA BAKI DƏNİZ YOLLARI MƏKTƏBİNƏ sənədlərimi təqdim etdik. Yüksək nəticə ilə MEXANİKA fakultəsinə qəbul oldum.

Oxuduğum sənəti sevə sevə bitirərək 1990-cı ildı XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN gəmilərində işləməyə başladım. İlk işlədiyim gəmi “Mərdəkan” gəmisində motorçu vəzifəsi oldu. Daha sonra başqa-başqa gəmilərdə 4-cü,- 3 cü, 2 -ci və nəhayət 2005- ci ildən böyük mexanik kimi işləmişəm. 2016-cı ildən XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ  QSC, XDND-İn bir çox gəmilərində böyük mexanik işləmişəm, hal hazırda “ŞAMAXI”tankerində böyük mexannik vəzifəsində çalışıram.

– “Dənizçi həyatı” dedikdə  nələr başa düşülür? Sizin üçün  dənizçi həyatının digər peşə sahiblərinin həyatından fərqi nədir?

-Dəniz həyatı  məni hər cür bərkə boşa salıb. Dünyanı gəzdirib, bir-şox xarici ölkələrdə olmuşam, yaddaşımda bunlarla bağlı xoş xatirələrim çoxdur. Dənizçi peşəsi əsl  kişi peşəsidir, bu peşəni başqa peşələrlə müqaisə etmək çox çətin olar. Dənizçinin həyatı ilə sahil olanların həyatı tamamı ilə fərqlidi, buna alışmaq hər adamın işi deyil

– Qərbi Azərbaycanda doğulmusuz, hazırda da Bakı şəhərində yaşayırsız, bu haqda danışdıq, özünüz haqda daha ətraflı nə deyə bilərsiz?

-Doğru buyurursuz Faiq bəy, bu haqda yuxarı da bəhs etdim. 1969 -ildə Qərbi Azərbaycanda anadan olmuşam. Yuxarı Ağtala adlanan kəndimizdə  cəmi 79 ev var idi, hamısı da azərbaycanlı ailəsi. Kəndimiz çox səfalı, gözəl idi, ən yüksək bir dağın zirvəsində yerləşirdi. Bavel, Xırman, Adamçıxan dağı ilə ətrafı əhatə olunmuşdu. Önümüzdə isə əzəmətli LƏLVƏR dağı yerləşirdi. Bizim kəndimizin sakinlərinin əsas peşəsi Şamlıq qəsəbəsində yeraltı şaxtada, tuneldə işləməkdən, maldarlıqdan ibarət idi. Erməni  daşnaqları hər bir peşənin ən ağır, əziyyətli işini bizim kəndin kişilərinə təklif edədilər. Mən də bir çox gənclərimiz kimi 1985- ci ildə İrəvandan rəsmən qeydiyyatdan çıxaraq, Bakı şəhərində dənizçilik məktəbinə qəbul olunduğum üçün Bakı şəhərinə qeydiyyata alınmışam. Təhsilimi 1990- cı idə başa vurub, taleyimi dənizə bağlamışam.  Dənizi özümə ana kimi görmüşəm. 1994-cü ildə dənizçiliyin ailəli yataqxanasından mənə 13,5 kvadratlıq ev verilib, ailə qurmuşam, iki oglum, bir qızım var, hal-hazırda həmin yataqxanada qeydiyyatdayam və orada yaşayıram. Atam və anam 1988-ci ildə nankor erməni quldur höküməti tərəfindən ata baba yurdlarından bir əşya götürmədən qovalanıb, o dövrdəki hökumətimizdən bir dəstək görmədiyim  üçün BAKI şəhərində həyət evi alaraq , mənim himayəm altıda ailəmlə bir yerdə yaşayırıq.

-Dənizə ilk gəlişinizdə sizin üçün təsəvvür edə bilmədiyiniz nələr oldu? Oldumu ki,  fikirləşəsiz  ki bu sənətdə seçimində səhv etmisiz?

-Doğrudur hər bir işin ilk addımı çox çətin və məsuliyyətli  olur, insanı məhz təkmilləşdirən də işinə məsuliyyətli olmasıdır. Mən dənizçi ola biləcəyimi artıq uşaq vaxtlarımdan hiss edirdim. Oxuduğum ilk günlərdəndə dəmizə və bu sənətə marağım daha çox oldu.  Dənizçilik peşəsini yiyələnmək üçün  möhkəm iradə, səbr, dözüm, ən əsası da sağlamlıq tələb edilir. Mən bu peşəni seçməyimdə səhv  etmədiyimi, sevərəkdən doğru yol tutduğumu bu gündə hiss edirəm.

-XDND nin “Şamaxı” gəmisinin böyük mexannikisiz. Bu vaxta qədər haralarda işləmisiz?

-İlk əmək fəaliyyətin DND də, Kaspar kimi tanınan idarədən başlayıb. 2016 -cı ildən Xəzər Dəniz Neft Donanmasına  keçmişəm.

-Həyatının çox hissəsi dənizlə bağlıdır. Dənizlə dostluğun çoxmu gec  alındı.?

– Düz buyurursuz,  mənim həyatımın çox hissəsi dənizlərdə keçir, bu da əlbəttə ki,  peşəmlə bağlıdır. O ki qaldı dənizlə dostluğuma, mən ümümiyyətlə romantik adamam, içimdəki hisslərim mənə bunu deyir, elə buna görədə yaradıcılıqlarımda romantik hisslərimi dənizlə bağlı çox yer verirəm. iki kitab müəllifiyəm,dənizlə bağlı çox xatirələrim və şerlərim dərc olunub.

 

Ümman da görmüşəm, çay da görmüşəm,

Mənimsə   qəlbimə   dənizdi   hakim.

ağrısız acısız  ömür  sürmüşəm,

Dənizçi olana  nə  lazım  həkim.

 

Məhəbbətdir  dənizimin  havası,

İstəyimcə  ciyərimə  çəkim, qoy.

Könlüm istər  bir  dalğalar  havası,

Dəniz  etsin  evlənəndə  mənə  toy.

-Fərhad  bəy, dənizə bu qədər doğmalıq var sizdə, deyin dənizdən nəyi  öyrəndiz?

-Dənizdən demək olar ki, həyatımda mövcud olan hər şeyi öyrəndim, dənizçilər çox saf, dürüst, mərd, cəsur, iradəli olurlar. Həyatları dalğalar, fırtınalar qoynunda keçsə də özləri tünlüyü, səs küyü sevməzlər. Mən dənizi ANA kimi görürəm və dəniz  mənim həyatımın əsərinə  çevrilib.

Dəniz sizin  həyatınızda  heç  oldumu ki nəyə görəsə maneə olsun?

-Hələ ki heç bir maneyəyə  rast gəlməmişəm, şükürlər olsun. Əgər işini, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirsənsə, işlərini planlı şəkildə həyata keçirirsənsə qarşındakı ənğəlləri dəf edə bilirsən.. Sahildəki mövcud problemləri  həll etməkdən ötrü dənizçinin ömür gün yoldaşı ona beş qat sadiq olmalıdır ki, özü olmayan müddətdə dənizçinin  rolunu ömür – gün yoldaşı  qisməndə olara öhdəsindən  gələ  bilsin və dənizçinin gözü dalda qalmasın, çox şükürlər olsun ki,  bütün bunlara nail olmuşam.

-Fərhad  bəy, bədii yaradıcılıqla məşğulsuz. Sosial şəbəkədə ara-sıra şeirlərinizi  oxuyuram. Bu hobbinizdi?

– Bəli yaradıcılıqla gündəlik məşğul oluram, çünki dənizə bağlılığım olduğu kimi vətənə, elimə, obama da çox bağlıyam. İçimdəki vətənpərvərlik sevdası  övladlarımı da kiçik yaşlarından vətənə bayrağa sarılmağa sövq edib. Bunları bəzən ədəbi yaradıcılığımla ifadə edirəm. Vətənpərvərlik mövzusunda  yeni şerlərim var, bir çoxunu sosial şəbəkələrdə yayınlamışam. Oxucular tərəfindən rəğbətlə qarşılanır.  Daima mənim şerlərimə tələbat var,çalışdığım qədər  məndə yeniliklər etməyə çalışıram. DƏNİZÇİLƏRƏ SOSİAL  DƏStƏK İÇDİMAİ  birliyinin üzvüyəm, Bir çox yeni şerlərimi həmin DSD İB- yinin səhifəsində  yeni şerlərimi  yerləşdirmişəm. Bu birliyin layihəsi olan, şəhid general Polad Həşimova həsr olunan “Qarabağ müharibəsinin ilk qalib generalı” kitabında şeirimə yer verilib, sağ olsunlar.

– 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin 31-ci ildönümünə yaxınlaşırıq. O günlər də dənizdə idiniz. Hansı gəmidə işləyirdiniz, o günlər yaddaşınızda necə qalb?

-Bəli  o gün mənim yaddaşımdan, hətta ölsəm belə ruhumun yaddaşından heç vaxt çıxmaz.  Həmin vaxt mən “Kaspar”-ın  “MƏRDƏKAN”  gəmisində motorçu vəzifəsində çalışırdım. Bakı buxdasında lövbərdə  olan gəmiləri içməli su  ilə təmin edirdik. Buxtada əsasən XDND –nin gəmiləri idi.  Bakı buxtasını mühasirəyə almışdılar. Rus ordusu Bakıya yeridilmişdi. 1990-cı ildə 19 yanvardan 20 yanvara keçən gecə qəflətən rus ordusu meydana hücuma keçdi, biz buxtada olsaq da gəmidən baş verən faciəni aydın müşahidə etmək olurdu. Güllə səslərini, insanların fəryadını,  qışqırıqlarının səsini həm açıq eşidilirdik, həm də görünürdük. Sanki dinc əhalinin üsdündə döyüş təlimi aparırdılar. Avtomat güllələrini hara gəldi atırdılar, dinc əhaliyə, balkonda duranlara, küçəynən keçənlərə, yaşlı cavan demədən, rəhm etmədən amansızlıq edirdilər.  XDND-nin  gəmiləri Bakı  buxtasını hasar kimi bağlamışdı. Rus hərbiçiləri hərbi  gəmilərlə törətdikləri cinayətin izini itirmək öldürülmüş dinc əhalinin cəsədlərini dənizə çıxarıb gizlətmək istəsələr də cəsur dənizçilərimiz bunların planlarını alt- üst etdi. Dənizçilər gəmilərdən siqnallar verirdi və bu da rusları vahiməyə salırdı. Bəlkə də bu siqnallar olmasa idi onların vəhşiliklərinin ardı davam edəcək, daha çox günahsız insanları qətlə yetirəcəkdilər.

-Fikrinizcə dənizçilərimizin Sosial rifahının yaxşılaşdırılması üçün nələr etmək olar?

-Çox iş görmək olar və görülürdə. Sağ olsun gəmiçiliyimizin sədri  RAUF  VƏLİYEV  cənabları, gəmiciliyin rifah halının yaxşılaşdırılması üçün bir çox lahiyyələr üzrə işlər görülür və bu yeniliklər davam etməkdədir. Yeni gəmilər inşa olunur,dənizçilərimizə yeni iş yerləri yaradılır, bu da  dənizçilərimizin sosial rifahının yaxşılasması deməkdir.

– Uzun müddət Xəzər Dəniz  Gəmiçiliyinin (KASPARIN) əməkdaşı olmusuz, İndi  isə XDND –nin əməkdaşısız, Bu iki dononmanın oxşar və fərqli cəhətləri  nədir?

-Bəli otuz illik təcrübəmin 25 ilini KASPARDA, beş ilini isə XDND-də çalışıram. Eyni gəmiçilik olduğundan elə bir ciddi fərq görmürəm, yalnız fərq 2011-ci ildə yeni dönüş oldu gəmiçilikdə inkişaf oldu, köhnə gəmilər istismardan çıxarıldı, yerinə daha müasir yeni gəmilər alındı, hərcimərcilik aradan götürüldü, rüşvətin kökü kəsildi, dənizçilər üçün sığorta şirkəti yaradıldı və sairə. Bu gün mən çox şadam ki, XDND -in əməkdaşıyam.
– Çox sağ olun Fərhad bəy ki, suallarımızı yüksək səviyyədə cavablandırdız .

– Siz  sağ olun, Faiq bəy, bütün dənizçilərimizin problemləri ilə məşğul olmaq istəyirsiz, və çox vaxt da buna nail olursuz. Fəaliyyətinizi izləyirik, dənizçilər bu haqda danışır. Əslində si Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri olaraq, Dononmanın bəzi strukturlarının görəcəyi işə istiqamət verirsiz. Dənizçilərimizin işdən kənar problemləri ilə məşğul olursuz. Buna görə sizə və Birliyin digər üzvlərinə təşəkkür edirəm, sizə və sizin əməkdaşlarınıza uğurlar diləyirəm.

Söhbətləşdi: Faiq Balabəyli

Share: