Ohanyan 2 maddə üzrə ittiham edildi: 4 ay həbs…

Azərbaycan tərəfi Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.

Müstəqil.Az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında təqdimata baxılıb və təmin edilib. Məhkəmənin qərarı ilə S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib

***

Azərbaycan Hərbi Prokurorluğu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohayana daha bir maddə ilə ittiham verib.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ohanyan Seyran Muşeqoviçin 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Hərbi Prokurorluq tərəfindən müvafiq təqdimatla Bakı hərbi məhkəməsinə müraciət olunub və məlum olduğu kimi təqdimat təmin edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində qiyabi olaraq tutulduğu gündən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müstəqil.Az

Share: