İstanbulda FETÖ əməliyyatı davam edir: Daha 39 nəfər…

FETÖ terror təşkilatının Türkiyə universitetlərindəki üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Müstəqil.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat nəticəsində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 39 nəfər saxlanılıb. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdikləri müəyyən edilib. Saxlanılanların ünvanlarında aparılan axtarış zamanı terror təşkilatına məxsus çox sayda rəqəmsal material ələ keçirilib.

Ölkədə terror təşkilatlarının üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Müstəqil.Az

Share: