“Mançester Siti”dən Premyer Liqa rekordu

İngiltərə Premyer Liqasının 10-cu turunda “Vest Bromviç Albion” səfərindən 3:2 hesablı qələbə ilə qayıdan “Mançester Siti” turnir cədvəlində liderliyini möhkəmləndirib.

Bununla da “şəhərlilər” xallarının sayını 28-ı çatdırıb. İngiltərə çempionatı 1992-ci ildən Premyer Liqa adlanandan bəri ilk 10 turda analoji nəticə göstərən ilk komanda məhz “Mançester Siti”dir. Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda növbəti turda (5 noyabr) “Arsenal”ı qəbul edəcək.

Share: