Davud Nəsib Ramiz Qusarçaylı haqda

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Davud Nəsib! Şair, publisist, tərcüməçi!
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor,”Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri işləmiş,onlarla şeir və poema kitablarının,“Cavanşir” və “Cavanşirsiz məmləkət” adlı tarixi romanların müəllifi,Azərbaycan və Ümumittifaq komsomolu mükafatları laureatı olmuşdur!
Davud Nəsib dəfələrlə Qubadakı ata ocağımın qonağı olmuş,mən də Bakıda onun qonağı olmuşam.
2003-cü ildə qəzaya uğrayıb dünyasını dəyişmişdir.Ruhu şad,məkanı cənnət olsun!
Davud Nəsibin mənim yaradıcılığıma həsr etdiyi məqalələrdən birini Müstəqil.Az-ın oxucularına təqdim edirəm.

Ramiz Qusarçaylı

Torpağa bağlılıq

Bir neçə ilin söhbətidir. İndiki kimi yaxşı yadımdadır: poeziya şöbəsinə utana-utana bir gənc daxil olub şeirlərinə baxmağı xahiş elədi. Düzünü deyim ki, işin axırı olduğu üçün bir şeirinə könülsüz nəzər saldım. Şeir məni tutdu, həmin gün onun xeyli şeirini oxudum. Elə bil yorğunluğum da getdi. Qarşımda istedad dayanmışdı. Deyim tərzi, həyata yeni nəzər, yeni baxış, dili də, necə deyərlər, bulaq suyu kimi təmiz, səlis… Necə də sevinməyəsən. Elə bil ki, mən belə bir şairi çoxdan axtarırdım. Onu xeyli sorğu-suala tutdum, həyatı ilə maraqlandım. Əsli Qubadandır. Ancaq başqa yerdə-Rusiyada yaşayır. Dolanmaq dərdindən Vətəndan uzaqlara düşüb… Bir il işlədikdən sonra qazancını öz ailəsinə gətirir. Üzünə bir söz deməsəm də ürəyimdə onun taleyinə acıdım. Axı burada qalıb işləyə bilərdi. Ali təhsili də var. Niyə belə olsun? Çörəyini daşdan çıxaran bu gəncin yazıları həyatın sərt üzü kimi mənalı, ağrılı-acılıdır. Düzünü deyim ki, redaksiyamıza gələn belə istedadlı gənclərin bəziləri təəssüf ki, sonralar nədənsə mətbuat səhifələrində görünməyiblər. Ramiz Qusarçaylı yaxşı ki, belələrindən olmadı. O, taleyini həmişəlik poeziya ilə bağladı. Mənim bu gün həqiqətən qürurlanmağa ixtiyarım var. Çünki onun ilk yazılarını ilk dəfə qəzet səhifəsinə çıxarmışam.

* Ramiz artıq öz sözü, öz üslubu olan bir şair kimi ustadların da nəzərini özünə cəlb edir.
Ramizin bu günlərdə nəşq olunan “Ömür qapıları” kitabını vərəqləyirəm. Onun yaradıcılığına toplu şəkildə nəzər yetirirəm.

Ürəyim dərdrlərə meşə tiorpağı,
Dərmanı bir ovuc Şuşa torpağı.

O vaxtlar nə Şuşa getmişdi, nə də qaçqın vardı. Ramizin yatsaydı, yuxusuna da girməzdi ki, (elə bizim də), bir zaman Qarabağ dərdindən şeir yazacaq. Zamanın necə də gözlənilməz, sərt üzü varmış. Ancaq inanıram ki, o gün gələcək. Ramiz əsirlikdən geri dönən ulu Azərbaycan torpağına öz səmimi misraları ilə gözaydınlığı verəcək. Əvvəlcədən deyim ki, Ramizin bu kitabda toplanan şeirlərinin əksəriyyəti, sözün həqiqi mənasında, vətənpərvərlik mövzusundadır. Bu qəbildən olan yazılarda mənim ən çox xoşuma gələn səmimiyyətdir. Bu səmimiyyət boş gurultudan uzaq həyat lövhələri, cizgiləri ilə zəngindir:

Qədər haxdı qəbir kimi,
Gözdən düşməz abır kimi,
Atın məni çadır kimi
Yiyəsiz yurdun üstünə.

Vətən yanğısını, ağrılarını, əsir torpağın suya həsrət çat-çat olmuş “dodaqlarını”, onun dərddən ağır yanğısını balaca övladına indidən başa salıb, misralarla beyninə yeridir. Torpağı sevən – onun kədərini çəkən, yanğılarını daşıyanlardır.

Dur, aç gözlərini bu zülmətlərə,
Bu kor Günəşlərin gözünə düz bax.
Gör kimlər gözünü dikib bu yerə,
Gör kimin əlində qalıb bu torpaq.

* “Ədəbiyyat və incəsənət” qəzeti nəzərdə tutulur.

Adi, sadə bir deyimdir. Bu deyimdə aydın duyula bilən daxili bir həsrət var. Bu həsrət Qarabağdır, onun işğal olunmuş aranlı, yaylaqlı torpaqlarıdır. Körpəyə müraciətlə yazılan bu şeirdə təkcə öyüd-nəsihət deyil, həm də torpağın vəziyyəti təsvir olunmaqla oxucuya çox şey aşkar olunur. Bir sözlə, bu torpağın gələcək qoruqçusunu indidən gələcəyə hazırlayır:

Bu gecə ürəyim elə ağrıdı,
Heç kəsin ürəyi ağrımaz elə;
Bu gecə özümə elə ağladım,
Ölsəm, heç anam da ağlamaz elə.

Bir bənddə eyni sözün təkrarlanmağı bəlkə də ilk nəzərdə oxucuya söz oyunu kimi görünə bilər. Lakin həssas oxucu üçün bu, belə deyildir. Hər misrada səslənən “elə” kəlməsi təkrar kimi şeirin gücünü artırır, yeni deyim tərzi kimi səslənir. Ramizin misralarda fikrini qeyri-adi şəkildə işlətməsi oynaqlıq yaratmaqla yanaşı, dinamikanı da gücləndirir.

Kefimdən yollara səkkiz yazıram,-
Dərdini mey kimi içirib dünya.

Bu misraların axırında hər bir faciənin ağırlığını görə bilərsən. Dərd-qəmli adamların hamısına aid etmək olar.

Bir çiçək gözündə şehli təbəssüm,
Bir çiçək gözündə göz yaşıyam mən.

Ramiz təbiəti yaxşı duyur. Onun səssiz mənasını misralarda səsləndirir. Təbiəti duymaq mənə elə gəlir ki, təbiilikdir. Sənətdə təbiilik olanda məna, məzmun, deyim tərzi, yəni oxucuya fikri necə çatdırmaq, onu inandırmaq da axarını tapır. Bu baxımdan Ramizin təbiət şeirləri təbiidir.

Qayğısı azalmır boş yuvaların,
Ovunur içində payız yelləri.
Uçur lələk-lələk quş yuvaları,
Uçan yuvalarda payız yellənir.

Belə bir misalı unutmayaq. Çörəyimiz daşdan çıxır. Daşdan çıxan taleyə, həyata çevrilir. Şeir-sənət yolunun mənbəyi də həyatdır, zəhmətdir, görüb-götürməkdir. Ramiz Qusarçaylı həyatın bir üzünü çəçevirini görüb əlinə qələm alan şairlərdəndir. Həyatın ağrı-acıları öyrədib ona Şeir yazmağı, misralarla qanadlanmağı:

Daş-daşı gəmirir, daş-daşı yeyir,
Bu sirrin daşlaşan kökü dərində.
Daşların tozudur, qəm tozu deyil,
Ağarır göyərən sətirlərimdə.

Torpağa bağlılıq el-obaya, yurd-yuvaya bağlılıqdır. Uzaq əllərin dolama səfərindən qoparıb onu geri qaytaran bu torpağa dərin köklərlə bağlılığıdır Ramizin. Elə bu arzu, istək də onu şair elədi.
“Ədəbiyyat” qəzeti
21 aprel 2000-ci il

99 baxılıb
Paylaş
mersin escort