TARİXİ GÜN: dünyanın ilk COVID-19 peyvəndi dövriyyəyə buraxıldı

Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan “Sputnik V” peyvəndinin ilk partiyası dövriyyəyə buraxılıb.

Müstəqil.az xəbər verir ki, bu barədə “Sputnik International” məlumat yayıb.

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamaya istinadən dərc edilən informasiyaya görə, dünyanın ilk COVID-19 peyvəndi statusu alan “Sputnik V” Səhiyyə Nazirliyində Federal Müşahidə Xidməti (Roszdravnadzor) laboratoriyalarında keyfiyyət testlərindən keçirilib və bundan sonra tədavülə buraxılıb.

Qeyd edək ki, peyvənd 11 avqustda dövlət qeydiyyatına alınmışdı.(publika.az)

Share: