Vay bizim halımıza

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Mən siyasətçi deyiləm, hər hansı siyasi, ideoloji mühitin yetişdirdiyi yazı-pozu adamı da deyiləm ki, boynuma cəmiyyətin, xalqın xoşuna gəlmək kimi bir öhdəlik qoyulsun.

İddiam tanınmaq deyil, oxunmaqdı. Başdan-ayağa siyasiləşmiş cəmiyyətimizin də gözləntilərinə hörmətlə yanaşıram, çünki sinifləşmə prosesi bu qədər barbarcasına və bu qədər sürətlə getməməliydi. Milyonerləşmə yetimləşmədən alınan qisas kimi görüntülənməməli idi. İnsanların inanclı olub-olmadıqlarına, siyasi mövqeyinə görə dəyərləndirilməsinin nə qədər bərbad bir düşüncə olduğuna əmin olsam da, onu da qəbul edirəm ki, bu gün cəmiyyətə mübariz insanlar lazımdır, amma hər sahədə. Mübarizə anlayışını yalnız siyasi müxalifət düşərgəsi ilə məhdudlaşdırmaq da yolverilməz düşüncədir. Əgər ölkənin ziyalıları, şairləri, bəstəkarları, intellektualları da öz yaradıcılıqlarının deyil, siyasi mübarizənin şöhrətinə, imtiyazlarına göz dikəcəklərsə, vay bizim mədəniyyətin halına!

Allaha inanmağı mənəviyyat kimi təqdim edən standartlaşma fəlakətdir. Dünyada tanrıya inanan milyonlarla mənəviyyatdan yoxsul məxluq var. Bu problemlər gələcəyimizi təhdid edir.

Mübariz fikirlər, düşüncələr hələ ki, heç kimə lazım deyil, ya da çox az adama lazımdır. Mənim öz mübarizəm var deyib qurbağa kimi köks şişirtmək istəmirəm; amma istər iqtidar düşərgəsi olsun, istər müxalifət, ziyalı, intellektual adamları öz siyasi propaqandasına alət edən heç bir mübarizənin adamı olmadığımı, heç vaxt da olmayacağamı deməkdən də ar etmirəm.

Siz birinci, ikinci, hətta dördüncü hakimiyyət ola bilərsiniz, amma arxanızda işlək mədəniyyət yoxdursa, ömrünüz uzun çəkməz.

Sizi işğal edərlər!

İngiltərə olmaq istərkən, Əfqanıstan olarsınız.

Əlbəttə, mən mədəniyyətin də arxasında bəzən hansısa siyasi iradənin olduğunu bilməyəcək qədər cahil də deyiləm. Hətta Avropa Renessansı kimi qlobal mədəni inqilabın arxasında da Avropaya bir kral, üç Roma papası bəxş etmiş Medici ailəsinin dayandığından da xəbərim var.

Da Vinçilərin, Volterlərin, Didroların monarxların, kralların çaxırını içdiyini də bilirəm. Məsələ ümumi mənafedirsə, niyə də olmasın. Amma əgər iqtidar düşərgəsi tərifləyərək, mükafatlandıraraq, müxalifət düşərgəsi söyərək, təhqir edərək bir ziyalını, bir intellektualı öz siyasətinə alət edəcəksə, yaşasın natural təsərrüfat!

Bu yerdə Stefan Svayqın bir novellasını xatırlamamaq ədəbiyyat mömini adına günah olar. Çar Dostoyevskini edama göndərdiyi günlərdə iki inqilabçı rus gənci gəlir Tolstoyun malikanəsinə ki, yazıçını inqilabın vacibliyinə inandırsın, Tolstoy isə mənəvi, mədəni təkamül tərəfdarı olduğuna israr edir. İnqilabçı gənclər Tolstoyu, bir növ, söyüb, aşağılayıb gedirlər. İnqilab oldu; aclıqla başlayıb, aclıqla başa çatdı.

İnqilabi sosializm özünün ideoloji varlığı ilə Rusiya tarixinin yetmiş ilini güclə doldura bildi, amma Tolstoydan sonra daha heç vaxt Rusiya tarixini, rus mənəviyyatını Tolstoysuz təsəvvür etmək mümkün olmayacaq.

Özümü Tolstoyla müqayisə etmirəm, əstəğfurullah, sadəcə, mən istəmirəm ki, Azərbaycan xalqı 50-60 ildən sonra qayıdıb geri baxanda öz mədəniyyətinin, mənəviyyatının yerində boş bir səhra görsün; partiya intriqalarının qurutduğu, siyasi boğanaqların boş-boşuna uğuldadığı kimsəsiz bir çöllük görsün öz keçmişini!

Ona görə bizi oxuyanlardan xahişim budur ki, azacıq siz də bu ölkənin başı siyasətə deyil, öz yaradıcılığına qarışmış elm, sənət, ədəbiyyat adamlarını başa düşün. Arxasında yalnız polis olan siyasətlə, arxasında yalnız söyüş olan siyasətin heç bir fərqi yoxdur. Hər ikisi gələcək zaman duyğusundan məhrumdur!

Siyasət yalnız arxasında mədəniyyət, canında aristokratik instinkt olduqda tarixi uğura çevrilir.

269 baxılıb
Paylaş
mersin escort