Dəli Kürün yaraları – Aida Adıgözəl yazdı

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Bu dayandığım , gözlərimi uzaqlara yol çəkməyə məcbur edən qumlu, palçıqlı dik sahil bir vaxt yaşadığımız ailə faciəsini xatırlatmışdı mənə.

1978 – ci ilin iyul ayı idi, Dəlii Kür yenə coşmuşdu, göylə gedirdi. Allah kəndə balıq bərəkəti tökmüşdü sanki. Yay bu il həmişəkindən də isti keçirdi. Kəndin uşaqları, həmçinin əmim oğlanları da bu bol çay bərəkətindən hər gün qarmaqla çoxlu balıq tutub gətirir, duzlayıb damların üstünə düzürdülər. Günəşin istisi açıq havada üç – dörd günə balıqları elə gözəl qızardırdı ki, yeməklə doymurduq. Mən bu il daha çox sevinc içində üzürdüm. Hazırlıqdan sonra birinci sinfə gedəcəkdim, on il oxuyacağım məktəbi təsəvvür edərək, təzə məktəbli ləvazimat və geyimimi gözümün önünə gətirərək sentyabrın birini səbirsizliklə gözləyirdim. Məndən 11 yaş böyük olan qardaşım bu il orta məktəbi bitirib Bakıya, Pölitexnik İnstituna imtahan verməyə getmişdi. Hələki 3 imtahanı uğurla vermişdi, dördüncü imtahanın bitməsini böyük seviclə gözləyirdik. Qardaşım çox savadlı idi və imtahanları öz biliyi ilə vermişdi.

Aida Adıgözəl adlı şəxsin şəkli.

Kənd adəti üzrə öz həmişəki səhərinə oyanamışdı. Saat 9 -10 radələri olardı. Kür kəndin xəbərçisi idi. Kəndin harasında toy olsaydı çay, səsi çəkib gətirirdi, yaxud hansısa səs – küyü … qəfildən Kür tərəfdə dəhşətli qiyyələr eşidiliməyə başladı. Qadınların cikkəsi canımızı ürpəşdirirdi. Hamımız səsə doğru, Kürə tərəf yüyrüşməyə başladıq. Əmim arvadının, uşaqları, nəslin ağbirçəyə Günəş bibinin, hamının üzü qan içində idi. Saçlarını yolub, üzlərini cırmışdılar … əmimin 17 yaşlı gözəl, alagözlü Gülzadə qızı dəlii Kürə qərq olmuşdu. İki rəfiqə çayda palaz yuyub qurtarandan sonra çimmək istəmişdilər. Qonşumuz Gülnazın boğulduğunu görən Gülzadə onu çıxarmağa çalışarkən Gülnaz atılıb qızın boynuna minərək qızı batırmışdı. Özü çıxa bilmiş, Gülzadə isə elə su ölçüsü metrəsinin yanındaca sahildən iki metr məsafədə boğularaq ölmüşdü ..

Hamımız çaşqın və pərişan halda isti qumda, ayaqlarınız yana – yana, meyitin sudan tapılıb çıxarımasını gözləyirdik . Nəhayət kəndin kişiləri, qohumlar, meyiti taparaq gənc qızın cansız bədənini sudan çıxarıb kilimin arasına qoydular. Gülzadənin uzun saçları vardı, islanmış, ölmüş halda belə, elə gözəl görünürdü ki, su pərisinə oxşayırdı…
Əmimgilin həyətində iynə atmağa yer yox idi. Brazdan meyiti götürəcəkdilər.
Mən atamın ağlamağını ilk dəfə orada gördüm. Hamı çəkilib, aralanıb yol verəndə bildim atamın gəldiyini. Atam çox ucaboylu (1.95 ) kişi idi. İlk dəfə görürdüm kişi xeylağının üzünü çırdığını… meyiti qucaqlayıb dəhşətli şəkildə hönkürürdü atam . Və bir də yenə atamı, 1991-cı ildə əmim oğlu, Rusiyada ali təhsil alan, avtomobil qəzasında həlak olan 23 yaşlı Natiqin nəşini qucaqlayıb üzünü cırıb ağlarkən gördüm. Günlərlə beli sınmış kimi, əyilmiş halda gəzmişdi atam …
İllər sonra, Dəli Kür yenə əmimin ailəsindən bir gənc can alacaqdı. 1999 – cü ilin dumanlı dekabr ayı idi. Dostunun çağırışıyla gecə rezin qayıqla ova gedən əmim oğlu, gözəl Gülzadınin qardaşı Şahmur qəfildən rezin qayığın aşması nəticəsində suya düşmüşdü. O il qış çox soyuq, qarlı və şaxtalı keçirdi. Qışın soyuq suyu çay qırağında böyüyən, 100 metrdən çox eni olan Kürü bir nəfəsə o üz – bu üzə keçən, Rusiyada üstünə düşən 10 dan çox oğlanı döyən, idmançı görkəmli yaraşıqlı Şahmurumuzun kələyini kəsərək, özünə təşlim etməyi bacarmış, udmuşdu.. ,
Günlərlə, gecəli – gündüzlü, kəndin camaatı çayın qırağında axtarış aparır, keşik çəkirdilər. Əmim arvadı bir torba sümüyə dönmüşdü . Nəhayət dalğıclar üç günlük axtarışdan sonra qarmaqlara ilişmiş halda tapıb çıxara bilmişdilər, bəylik stolu qumdan olan Şahmurun cansız bədənini .
Bir ailədən iki canı almışdı Kür ..bütün kənd yasa batmışdı. Atam xəstə idi,təzə infarkt keçirmişdi və yenicə müalicə olunub gəlmişdi Bakıdan. Bu xəbərə dözə bilməyəcəyini bilirdik … həqiqətən də elə oldu. Atam bu xəbərdən çox sarsılmışdı . Və yenidən infarkt keçirən atam, bir daha ayağa qalxıb gəzə bilmədi. Üç il yataq xəstəsi olaraq, 2003 – cü ilin yanvarın 18 – də dünyasını dəyişdi.
O vaxtdan mənim suya qarşı fobiyam var. Uşaqlıqdan Kür çayını çox sevsəm də qorxuyla baxırdım, burulğanlı, lilli sularına. Kür çox amansız idi, qoynuna girəni bağrına basıb buraxmırdı. Balaca, 13 yaşlı Gülnarımızı da elə almışdı bizdən , rəhm etmədən…
384 baxılıb
Paylaş
mersin escort