Sabir Rüstəmxanlı Yardımlıda arxeoloji qazıntılarla tanış olub

Müstəqil.Az xəbər verir ki, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Yardımlı rayonunun Urağaran kəndi yaxınlığında arxeoloji qazıntılar aparılan yerə gedib ekspedisiyanın gördüyü işlərlə tanış olub.

Məlum olduğu kimi Yardımlı rayon ərazisində qədim tariximizə aid mühüm bir arxeoloji mənbə aşkarlanıb.

 

 

Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası Urağaran kəndinin Bilgəh adlanan sahəsində tədqiqatlara başlayıb və ilkin rəyə görə burda aşkarlanan tapıntılar ən azı 2000 əvvələ aiddir.

Azərbaycan, xüsusən Yardımlı bölgəsi qədim tariximizə işıq salan belə abidələrlə zəngindir.

 

Müstəqil.Az

Share: