SİMASIZLIQ… – Rauf Məmmədzadə yazır

SİMASIZLIQ

Son günlər ölkəmizdə baş vermiş hadisələr içində Ramiz Mehdiyevin nəvəsinin toy məclisi xüsusi yer tutmaqla, hələ də gündəmdə qalmaqdadır.Həmin məclis , daha doğrusu onun . təşkilatçıları və iştirakçıları barədə müxtəlif, əsasən də mənfi fikirlər bildirilir.Təbii ki qadağa dövründə toy keçirilməsinə münasibət belə də olmalıdır.Lakin , bu fikirlərin içində tədbirin özündən çox orada iştirak edənlərin adları məxsusi şəkildə hallandırılır, xüsusən də Ramiz Mehdiyevin… Yazilanların əksəriyyətindən belə məlum olur ki, demə bu şəxsin əvvəi tutduğu vəzifədəki fəaliyyəti başdan ayağa dövlətçiliyimizin əleyhinə olubmuş. Qəribədir, bunu bilirdinizsə niyə yazmırdınız, demirdiniz? Necə olur, şəxsən tanımadığım,yalnız adını eşitdiyim “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğlu vaxtı ilə bu şəxs barədə tənqidi yazıyla çıxış edə biımişdi..və ya məşhur vəkil Aslan İsmayılov çəkinıb qorxmadan onunla öz mübarizəsini açıq aşkar aparırdı …Düzdü ,hər ikisi öz işlərini itirdilər , amma sifətlərini yox..Deməli, bunları deməyə ürək lazımmış , o da hər adamda olmur… Belə fikir yaranır ki, bu məsələlərə indi münasibət bildirənlər üçün toy məsələsi sanki goydəndüşmə olub. Əslində isə onların məqsədləri Ramiz Mehdiyevi və ətrafındakıları pisləməkdən daha çox özlərini hakimiyyətin gözündə sığortalamaqdır.İlahi, dunənəcən Ramiz Mehdiyevın qəbuluna düşməkçün günlərlə boynun burub duranların sifətləri necə dəyişərmiş.. .Adlarını çəkməyəcəm, onların adını Ramiz Mehdiyev öz yazılarında çəkib, özü də bircə-bircə…tutduqları vəzifələri göstərilməklə…Heç kimə sirr deyil ki, həmin adı çəkilənlərin çoxu məhz Ramiz Mehdiyevin xeyir-duasıyla bu gün mandat, vəzifə,kreslo sahibləri olublar. Bəs birdən-birə nə oldu? Bu unutqanlıqdır? Xeyir, bu həmin şəxslərin sifətlərinin dəyişməsi, itməsidir.Buna simasızlıq deyilir. İndi hərə bir tərəfdən toyda iştirak edənlər haqqında araşdırmalar aparır, hər gün yeni adlar peyda olur (adları çəkilib iştirak etməyənlər də hər vəchlə ozlərini təmizə çıxarmağa çalışırlar).Bir şeyi nəzərə alaq ki, həmin toya dəvət alanlar ora getməyə bilməzdilər. Özu də ,onların heç biri tədbirdə məcburi yox, ürəkdən, böyük məmnuniyyətlə iştirak ediblər..Yəqin ki bilirdilər də-qanuna zidd hərəkət edirlər,cəzalana bilərlər….lakin onlar üçün fəxr idi ki, böyük bir kütlənin içindən məhz onlar dəvət almışdılar. Onların bir neçəsi bu gün vəzifə tutmasalar belə yedikləri çörəyi itirə bilməzdilər..necə yəni, sənin şəxsiyyət kimi formalaşmağında əvəzsiz əməyi olan bir şəxs səni çağırır …özü də çətin bir işdən ötəri yox, xeyir işə -nəvə toyuna..Heç bir qadağa getməmək üçün səbəb ola bilməzdi.İnandırım ki , bu gün həmin toy barədə mənfi fikir bildirənlər də o məclisə çağırılmış olsaydılar, mütləq iştirak edəcəkdilər. (təəssüflər ki ,iştirak edənlərin içində sonradan ikisi “lax” çıxdı…tələm-tələsik aldadıqlarlnı bildirdilər… heyf o kişinin sizə çəkdiyi zəhmətdən..). Mənim yuxarıda yazdığlarım toyda iştirak edənləri və ya Ramiz Mehdiyevi mudafiə etmək deyil və ola da bilməz..Vaxtı ilə Ramiz Mehdiyevin yaxın ətrafı tərəfindən (bəlkə də özünün birbaşa göstərişi ilə), mənə edilən pisliyi nə mən, nə də yaxınlarım unuda bilmərik..üstündən 25 ilə yaxın vaxt keçsə də…. Vaxtı ilə məni ,Respublikada böyük bir təşkilatın ,kitab tiçarəti birliyi “Azərkitab”ın rəhbərliyindın kənarlaşdıran onun ən yaxın adamı Əli . Həsənov olub.Təbii ki, o boyda vəzifədən çıxarılmamı rəhbərliyinin xəbəri olmadan(bəlkə də xeyir-duası ilə) həyata keçirə bilməzdi.Səbəb isə mənim,dövlət kitab mağazalarının özəlləşdirilməsinə maneçılık etməyim idi.. məqsədlərinə də nail oldular.Bu gün Bakıdakı keçmiş kitab mağazalarınln əksəriyyəti Əli Həsənovun şəxsi mülkiyyətindədir və oralarda kitabdan başqa nə desən satılır.Təkcə birinin adını çəkim- 1980-cı ildə şəxsən Heydər Əliyevin birbaşa göstərişi və iştiraki ilə açılmış məşhur “Kitab evi”(keçmiş SSRİ -də sahəsinə görə 2-ci kitab mağazası).Bu gün oranın bir mərtəbəsi Əli Həsənovun şəxsi ofisi kimi istadəsindədir.Onun əksər kommersiya müəssisələri məhz həmin ünvanda,Bakı şəhəri,F.Əmirov küçəsi,1-də qeydiyyatldadır. Vəzifədən çıxmağımı qanunsuz saydığımdan o vaxt vəkilim olmuş Aslan İsmayılovla birgə müraciət etmədiyimiz məhkəmə instansiyaları qalmadı, hamısından da bir cavab alırdıq-“Prezident aparatlndan ən yüksək səviyyədə tapşırılıb ki bu adamın(yəni mənim) işinə baxılmasın”.Baxılmadı da … heç bir səbəb göstərilmədən…arada xəbərdarlıq da edliirdiki işə bərpa sevdasından əl çəkməsən, həbs də oluna bilərsən..qondarma cinayət işi də açmışdılar(sonradan səbəbsiz açıldığı kimi bağlandı da). Bir həqiqət budur ki, bu iş üçün nə məhkəmə , nə də prokurorluq orqanlarına Əli Həsənov özü göstəriş verə bilməzdi…bu sahələr onun səlahiyyəti xaricində idi..kitab mağazalarını özəlləşdirdikdən sonra isə bütün bir nazirliyi- Mətbuat və İnformasiya Nazirliyini ləğv etdilər.Bu gün mətbuatın başına gətirilənləri görəndə həmin nazirliyin yeri necə də görünür,.. çox təəssüf!

Hamı bilirki Azərbaycanda mətbuatın evini Ramiz Mehdiyevlə Əli Həsənov yıxdı. Müraciətim Möhtərəm Prezidentimizədir. Hörmətli cənab Ilham Əıiyev! Bilin ki , bu gün ki mətbuatda Ramiz Mehdiyevi və onun ətrafındakıları söyənlər, fürsət düşən kimi Sizin haqqınızda da ağızlarına gələni yazacaqlar.Çünki bunlar üçün müqəddəs olan yalnız mandat, vəzifə,kreslodur.Həmin şəxslər Azərbaycanın siyasi aləmindən nə qədər tez yox olsalar yaxşıdır.Və bir də əmin olun ki xalqın böyük əksəriyyəti Sizin apardığınız bütün islahatları,xüsusən də rüşvətxorluğa qarşı mübarizəni tam dəstəkləyir,bu işləri uğurla davam etdirməyi arzulayır .Azərbaycanı təkcə rüşvətxor vəzifə sahiblərindən yox,həm də simasız siyasətçilərdən təmizləmək lazımdır.Mütləq.. P.S. Adı çəkilən məclisdə iştirak edənlərə qarşı fikir bildirənlər arasında millət vəkili Azay Quliyevində adına rast gələndə bir daha təəccübləndim..Əli Həsənovun özəlləşdirdiyi keçmiş “Kitab evi”nin bir hissəsində A Quliyevin rəhbərlik etdiyi “Qeyri hökümət təşkilatlarına Dövlət dəstəyi Fondu” kirayədardır. Əcəba,qorxmur ki Ramiz Mehdiyevin məclisini mətbuatda tənqid etdiyinə görə oradan atarlar çölə?

Rauf Məmmədzadə

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Müstəqil.Az

 

Share: